main-post-cover

    "Kontakt" “Sea Breeze”dən mənzil hədiyyə edir: ŞEŞ-QOŞA DAVAM EDİR

    Digər
    27.08.2024
    Emil Nəcəfov
         “Kontakt” sentyabr ayı boyunca davam edəcək “Şeş-Qoşa”da “Sea Breeze”dən dəniz mənzərəli lüks mənzil hədiyyə edir. Bu möhtəşəm xəbəri kampaniyanın final tədbirində Azərbaycanın sevilən ulduzu Aygün Kazımova elan etdi. 
         Kazımova final gecəsində konsert proqramlı çıxışı zamanı əvvəl “Şeş-Qoşa” kampaniyasının sentyabrın sonunadək uzadıldığını açıqladı. Daha sonra isə o, iştirakçıların sevincinə sevinc qatan o böyük xəbəri elan etdi: “Sea Breeze”-dən mənzil… 
         Qeyd edək ki, Xalq artistinin mənzil hədiyyəsini maraqlı təqdimat forması da iştirakçıların, eləcə də tədbiri canlı yayımdan izləyənlərin diqqətindən yayınmayıb. 
         “Kontakt”ın illərdir davam edən və son illərdə avtomobil uduşu ilə məşhurlaşan “Şeş-Qoşa” kampaniyası, bu xəbərdən sonra tamamilə yeni bir səviyyəyə yüksəldi. Artıq kampaniyada “Toyota Corolla Cross” avtomobili ilə yanaşı, həm də “Sea Breeze”də dəniz mənzərəli bir mənzil hədiyyə olunur.
         Bu inanılmaz şansı əldə etmək üçün kampaniyaya qoşulmaq olduqca sadədir. Belə ki, “Kontakt” mağazalarından 300 manatdan yuxarı alış-veriş etdikdə, avtomatik olaraq həm avtomobil, həm də mənzil üçün mübarizəyə qoşulursunuz.
         Kampaniyada bugünədək tam 137 926 manat məbləğində uduş olub. 
         Mağazada alış-veriş etdikdən sonra tək zərlə atılan ilk 3 atış sizə məhsulunuzun 100%-dək dəyərini, 4 və 5-ci mərhələdə cüt zərlə atışlar isə sizə “Toyota Corolla Cross” avtomobilini və uyğun olaraq “Sea Breeze”dəki dəniz mənzərəli mənzili qazandırır. 
         Qeyd edək ki, son mərhələdə isə “Şeş-Qoşa” düşməzsə, qazanılmış son uduş (avtomobil) qüvvədə qalır. Hətta, ötən tədbirdə ilk avtomobil uduldu və avtomobil sahibi olan finalçı Piriyev Köçəri sentyabrda mənzil üçün də zər yarışdıracaq.
         “Kontakt”ın bu kampaniyası ilə dəniz mənzərəli, möhtəşəm “Sea Breeze” mənzilinə sahib olmaq arzusu indi gerçək ola bilər. Odur ki, indi növbə sizindir. 
         Şərtlər barədə daha ətraflı məlumat üçün bu keçidə daxil ola bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    “Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında ilk avtomobil uduldu – NÖVBƏTİ AVTOMOBİLƏ UDUŞ DAVAM EDİR
    kontaktin-ses-qosa-kampaniyasinda-ilk-avtomobil-uduldu-novbeti-avtomobile-udus-davam-edir
    “Kontakt”da yalnız 1 gün “Axşam bazarı” olacaq: -60%-DƏK ENDİRİMLƏR, AVTOMOBİL QAZANMA İMKANI
    kontaktda-yalniz-1-gun-axsam-bazari-olacaq-60-dek-endirimler-avtomobil-qazanma-imkani
    “Kontakt”da “Toyota Corolla Cross” uduşlu kampaniya davam edir! FİNALDA BÖYÜK SÜRPRİZ
    kontaktda-toyota-corolla-cross-uduslu-kampaniya-davam-edir-finalda-boyuk-surpriz
    “Kontakt”ın “Şeş-Qoşa” finalında Aygün Kazımova çıxış edəcək – FİNALDA BÖYÜK SÜRPRİZ
    kontaktin-ses-qosa-finalinda-aygun-kazimova-cixis-edecek-finalda-boyuk-surpriz
    Kontakt”ın “Şeş-Qoşa”sında 73 412 manat qazandılar: AVTOMOBİL UDUŞU DAVAM EDİR!
    kontaktin-ses-qosasinda-73-412-manat-qazandilar-avtomobil-udusu-davam-edir