“Kontakt”ın “İnşaatçılar” mağazası tam yeni formatda – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR
Digər
30.10.2024
Emil Nəcəfov
Sevindirən şəbəkə “Kontakt” eyni ünvanda yenilənmiş və daha bol çeşidli “İnşaatçılar” mağazasını təntənəli tədbir ilə müştərilərinə təqdim edib. Oktyabrın 26-sı baş tutan açılış tədbirində musiqi, animatorlar, sürpriz hədiyyələr ziyarətçilərə müsbət emosiyalarla dolu anlar yaşadıb.
Şəbəkənin ən böyük mağazalarından olan yenilənmiş “İnşaatçılar” fərqli interyeri, rahat istirahət zonaları və geniş xidmət sahəsi ilə müştərilərin sevimli alış-veriş ünvanı olacaq. Çünki 30,000-dən çox çeşidin 3 mərtəbədə təqdim edildiyi bu mağazada hər bir ziyarətçi böyük məişət texnikası, iqlim avadanlıqları, smartfon, televizor, notbuk, akustika avadanlıqları, o cümlədən kiçik məişət texnikası, mebel, ev tekstilinə aid və öz ehtiyacına uyğun məhsul tapa bilər.
Müştərilərin hər cür rahatlığı düşünülən mağazada “Delonghi Zonası”nda əsl italyan qəhvəsinin dadına baxaraq alış-verişə kiçik bir fasilədən sonra daha gümrah davam edə bilərsiniz.
AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİM, ENDİRİMLİ QİYMƏTİ 24 AYADƏK BÖLMƏK İMKANI
Rahatlıqdan danışmışkən, “Kontakt” yenilənmiş mağazasında öz alıcılarının büdcə tərəfdən də rahatlığını düşünüb. Belə ki, yalnız İnşaatçılar mağazasında açılışa özəl olaraq noyabrın 3-dək nağd alışda 60%-dək endirim və ən əsası, smartfon, notbuk, qulaqlıq, smart-saat, televizor, məişət texnikası, qab-qacaq və ev tekstilini 18 ayadək, mebelləri isə 24 aya – elə endirimli qiymətinə bölərək ilkin ödənişsiz və faizsiz almaq mümkündür.
Məsələn:
- Super Amoled ekranlı Samsung Galaxy A24 smartfonunu 500 yox, 410 manata; həmçinin ayda 23 manata;
- 82 sm diaqonallı və smart texnologiyalı Toshiba televizorunu 600 yox, 300 manata; ayda isə 17 manata;
- 6,5 kq-lıq Samsung paltaryuyanını 1100 yox, 700 manata; həmçinin ayda 39 manata;
- 24 kVt gücə malik Hoffmann Compact kombisini 700 yox, 530 manata; ayda isə 30 manata ala bilərsiniz.
Odur ki, açılış fürsətləri ilə daha yaxından tanış olmaq üçün şəbəkənin olduqca rahat lokasiyada “İnşaatçılar” metrostansiyasının düz yanında - A. M. Şərifzadə küç., ev 174, blok 4 ünvanında yerləşən “Kontakt” mağazasına baş çəkə bilərsiniz.
Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
“Kontakt”dan “Toyota Corolla Cross” və “Sea Breeze”dən mənzil qazanmaq üçün son şans!
“Kontakt”dan “Toyota Corolla Cross” və “Sea Breeze”dən mənzil qazanmaq üçün son şans!
“Kontakt” mağazalar şəbəkəsinin avtomobil və lüks mənzil uduşlu “Şeş-Qoşa” kampaniyası bu il üçün son yaxınlaşır. Belə ki, kampaniyanın bitməyinə yalnız bir neçə gün qalıb – bu mükafatların sahibi olmaq üçün son gün 31 oktyabrdır.
“Kontakt” ucqar kəndlərdə yaşayan aztəminatlı ailələrə notbuk hədiyyə edib.
“Kontakt” ucqar kəndlərdə yaşayan aztəminatlı ailələrə notbuk hədiyyə edib.
“Kontakt” mağazalar şəbəkəsi “Hekayənin bir parçası ol” çağırışı ilə ucqar dağ kəndlərində yaşayan aztəminatlı ailələrin məktəbli övladlarını sevindirib! Belə ki, bu layihə çərçivəsində şəbəkə Daşkəsən, Gədəbəy və Şəmkirin ucqar kəndlərində yaşayan aztəminatlı ailələrin məktəbli övladlarına notbuklar hədiyyə edib.
“Kontakt”da 629 951 manat uduldu: AVTOMOBİL VƏ MƏNZİL UDUŞU DAVAM EDİR
“Kontakt”da 629 951 manat uduldu: AVTOMOBİL VƏ MƏNZİL UDUŞU DAVAM EDİR
“Kontakt”ın hər gün sevindirən “Şeş-Qoşa” kampaniyasında qazanılan məbləğ hər keçən saat daha da artır. Belə ki, bu saatadək kampaniyada toplam 629 951 manat dəyərində məbləğ udulub. Bununla da, demək mümkündür ki, “Kontakt”ı seçən minlərlə müştəri məhsulunun 100%-dək dəyərini geri götürərək qazanclı çıxıb.
“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında qazanılan ilk avtomobil sahibinə təqdim olundu! – FOTO
“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında qazanılan ilk avtomobil sahibinə təqdim olundu! – FOTO
“Kontakt” mağazalar şəbəkəsinin böyük hədiyyələr qazandıran “Şeş-Qoşa” kampaniyasından sevindirən xəbər var. Belə ki, bugünədək minlərlə ailəyə sevinc gətirən kampaniyada bu il qazanılan ilk avtomobil öz sahibinə təqdim olunub.
“Kontakt”ın 50%-dək endirimindən “İstədiyini seç”: ENDİRİMLİ QİYMƏTİ 24 AYADƏK BÖLMƏK İMKANI
“Kontakt”ın 50%-dək endirimindən “İstədiyini seç”: ENDİRİMLİ QİYMƏTİ 24 AYADƏK BÖLMƏK İMKANI
Oktyabr sərin havası ilə birgə “Kontakt”ın 50%-dək endirimli “İstədiyini seç” kampaniyasını da gətirib. “Kontakt”ın bu kampaniyasında əsas yenilik isə super sərfəli və uzunmüddətli kredit şərtləridir.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!