Apple iPhone 16 ilə birlikdə fiziki düymələrdən imtina edə bilər!
Cihazlar+
22.04.2024
Farid Pardashunas
iPhone 16 seriyasındakı fiziki güc və səs düymələri kapasitiv düymələrlə əvəz edilə bilər.
Advanced Semiconductor Engineering (ASE) şirkətinin, yaxın zamanda təqdim olunacaq iPhone 16 seriyası üçün iki SiP (paket içində sistem) modulu təmin etmək üzrə Apple-dan xüsusi sifariş aldığı bildirilir. Bu çiplər bir sonrakı iPhone seriyasında səs səviyyəsini və güc düymələrini əvəz edərək əlavə funksionallıq təmin edən toxunma tutumlu kapasitiv düymələrə güc verəcək.
Əvvəlki xəbərlərə görə, iPhone 16 seriyasında "Capture" düyməsi adlı kapasitiv düymənin olacağı, səs və güc düymələrinin isə əvvəlki kimi fiziki şəkildə qalacağı bildirildi. Bununla belə, son xəbərlərə görə isə Apple-ın fiziki düymələrdən imtina edəcəyini proqnozlaşdırılır. Bildirilir ki, böyük miqdarda sifariş alan ASE bu ilin üçüncü rübündə sifarişləri yerinə yetirmək üçün istehsal həcmini genişləndirməyə çalışır.
"Taptic Engine" motoru ilə işləyəcək düymələrin daha hansı xüsusiyyətləri yerinə yetirəcəyi hələ ki məlum deyil. Bir müddətdir ki, Apple-ın fiziki düymələrdən xilas olmaq istədiyi isə məlum haldır. Daha əvvəl iPhone 7 ilə fiziki "Home" düyməsi yerinə "Taptic Engine" ilə toxunma reaksiyalı bir düyməyə keçid edən şirkət, səs səviyyəsi və güc düymələrilə də eyni keçidi etməyə hazırlaşdığı görünür. Bu keçidin bütün iPhone 16 modellərində, yoxsa yalnız Pro modellərində olacağı isə hələlik məlum deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
iPhone 17 Pro smartfonları 2 nanometrlik prosessora sahib ilk smartfonlar olacaqlar
iPhone 17 Pro smartfonları 2 nanometrlik prosessora sahib ilk smartfonlar olacaqlar
Bir neçə il bundan öncə TSMC şirkəti bildirmişdi ki, o, 2 nanometrlik prosessorların kütləvi istehsalını 2025-ci il üçün planlaşdırır.
iPhone 17 Plus-ın ekranı iPhone 15 Plus-ın ekranından daha kkiçik ola bilər
iPhone 17 Plus-ın ekranı iPhone 15 Plus-ın ekranından daha kkiçik ola bilər
Apple şirkəti hələ iPhone 16 smartfon seriyasını təqdim etmədiyi bir vaxtda internetdə artıq iPhone 17 barəsində məlumatlar ortaya çıxmağa başlayır.
iPhone 16 Pro-da minimal daxili yaddaş həcmi 128 GB olmayacaq
iPhone 16 Pro-da minimal daxili yaddaş həcmi 128 GB olmayacaq
Bu ilin sentyabr ayında Apple şirkəti iPhone 16 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya ənənə üzrə iPhone 16 Pro modeli daxil olacaq.
iPhone 16 Plus-ın hansı gövdə rənglərinə sahib olacağı məlum olub
iPhone 16 Plus-ın hansı gövdə rənglərinə sahib olacağı məlum olub
Apple şirkətinin bu il təqdim edəcəyi iPhone 16 smartfon seriyasına ənənə üzrə daxil olacaq modellərdən biri də iPhone 16 Plus olacaq.
Növbəti nəsil iPhone SE-nin texniki imkanları barəsində ətraflı məlumat verilib
Növbəti nəsil iPhone SE-nin texniki imkanları barəsində ətraflı məlumat verilib
Apple şirkətinin hazırladığı növbəti nəsil iPhone SE barəsində məlumatlar mütəmadi olaraq internetdə ortaya çıxırlar. Bu dəfə insayderlər növbəti iPhone SE-nin özəllikləri barəsində ətraflı məlumatları təqdim ediblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!