Büdcəli OPPO A2 smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
04.11.2023
Emil Nəcəfov
OPPO şirkəti yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, OPPO A2-dən gedir. OPPO-nun bu yeni büdcəli smartfonu MediaTek prosessoru və böyük həcmli batareyası ilə seçilir. Beləliklə OPPO A2 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.72 düym LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 680 nit təşkil edir və o, 2.5D qoruyucu şüşə ilə əhatə olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
Bundan əlavə olaraq smartfonun gövdəsi IP54 standartı üzrə sudan qorunur və özündə stereo səsgücləndiriciləri birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə OPPO A2 smartfonu MediaTek Dimensity 6020 prosessoru, 12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 50 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OPPO A2 artıq Çində satışa çıxıb və onun qiyməti 231$-dan start götürür. Smartfonun qlobal bazarda satılıb-satılmayacağı isə bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qlobal smartfon bazarının top brendi olan “OPPO” eksklüziv olaraq “Kontakt”da
Qlobal smartfon bazarının top brendi olan “OPPO” eksklüziv olaraq “Kontakt”da
“Kontakt” daha bir qlobal smartfon brendinin – “OPPO”nun eksklüziv partnyoru oldu.
Hələ təqdim olunmamış OPPO Find X7 flaqman smartfonu Geekbench testlərindən keçib
Hələ təqdim olunmamış OPPO Find X7 flaqman smartfonu Geekbench testlərindən keçib
Geekbench-in məlumatlar bazasında OPPO şirkətinin yeni flaqman smartfonu ortaya çıxıb.
OPPO Find N3 Flip-in qlobal versiyası təqdim edilib - QİYMƏTİ
OPPO Find N3 Flip-in qlobal versiyası təqdim edilib - QİYMƏTİ
OPPO Find N3 ilə yanaşı OPPO şirkəti həmçinin Sinqapurda qatlana bilən qapaqlı OPPO Find N3 Flip smartfonunun qlobal versiyasını da təqdim edib.
Qatlana bilən OPPO Find N3 təqdim olunub - QİYMƏTİ
Qatlana bilən OPPO Find N3 təqdim olunub - QİYMƏTİ
OPPO şirkəti Çində öz yeni qatlana bilən smartfonu OPPO Find N3-ü təqdim edib. OPPO bu yeni qatlana bilən smartfonda kompakt ölçülü qatlana bilən smartfonlar konsepsiyasından kənara çevrilib.
Təqdimatdan bir gün qabaq OPPO Find N3-ün reklam materialları təqdim edilib
Təqdimatdan bir gün qabaq OPPO Find N3-ün reklam materialları təqdim edilib
Təqdimata bir gün qalmış məşhur insayder Evan Blass qatlana bilən OPPO Find N3 smartfonunun reklam materiallarını təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!