main-post-cover

    OnePlus 12 barəsində ilk rəsmi məlumat təqdim edilib

    Cihazlar+
    24.10.2023
    Emil Nəcəfov
         OnePlus şirkəti OnePlus 12 flaqman smartfonu barəsində tizer materiallarını təqdim etməyə başlayıb. Şirkətin təqdim etmiş olduğu fotoya əsasən OnePlus 12 smartfonu 2K keyfiyyətində OLED matrisalı BOE X1 adlı ekranı əldə edəcək. Ekran LTPO texnologiyası əsasında hazırlanacaq və onun maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edəcək. Üstəlik ekran 120 Hz-lik təsvir yenilənməsinə sahib olacaq. Məlumata əsasən DisplayMate resursunun mütəxəssisləri artıq sözügedən ekranı test ediblər və ona ən yüksək qiymətləndirmə olan “A+”ı təyin ediblər.
         OnePlus 12-nin digər texniki göstəriciləri barəsində rəmi məlumat olmasa da, son məlumat sızıntılarına əsasən smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 100 vatt gücündə sürətli şarj texnologiyalı 5400 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Qeyd etmək lazımdır ki, OnePlus 12-nin ilin sonuna kimi Çində təqdim olunacağı gözlənilir. Onun qlobal versiyasının təqdimatı isə gələn ilin əvvəli üçün planlaşdırılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən OnePlus Open təqdim edilib - QİYMƏTİ
    qatlana-bilen-oneplus-open-teqdim-edilib-qiymeti
    OnePlus Open rekord dəstək müddətinə sahib ola bilər
    oneplus-open-rekord-destek-muddetine-sahib-ola-biler
    Təqdimatdan bir gün öncə OnePlus Open-in bəzi texniki göstəriciləri məlum olub
    teqdimatdan-bir-gun-once-oneplus-open-in-bezi-texniki-gostericileri-melum-olub
    Samsung Galaxy S24 və OnePlus 12 smartfonlarının ekranlarında parlaqlıq hansı səviyyədə olacaq?
    samsung-galaxy-s24-ve-oneplus-12-smartfonlarinin-ekranlarinda-parlaqliq-hansi-seviyyede-olacaq
    Qatlana bilən OnePlus Open yeni videoda sərgilənib (VİDEO)
    qatlana-bilen-oneplus-open-yeni-videoda-sergilenib-video