Philips 32E1S5900 adlı yeni smart monitor təqdim edilib - QİYMƏTİ
Cihazlar+
08.01.2024
Emil Nəcəfov
Philips şirkəti Çində öz yeni smart monitorunu təqdim edib. Təqdim edilmiş yeni monitor Philips 32E1S5900 adını əldə edib. Sözügedən smart monitorun əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o həm adi monitor həm də Android cihaz qismində çalışa bilir. Beləliklə Philips 32E1S5900 monitoru 60 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 32 düym ekranla təchiz olunub. Monitor öz prosessoruna sahibdir. Lakin söhbətin hansı prosessordan getdiyi barəsində Philips bir məlumat təqdim etməyib.
Bununla yanaşı monitor 2 GB RAM, 16 GB daxili yaddaş həcmi və 5 vatt gücündə olan səsgücləndiricilər ilə təchiz olunub. Monitorun ekranı HDR dəstəklidir. Monitor Wi-Fi 5, Bluetooth 5.0 texnologiyalarının dəstəklərini əldə edib və özündə HDMI 2.0, USB 2.0 Type-A və USB Type-C girişlərini birləşdirir. USB Type-C girişi vasitəsilə hətta digər cihazları şarj etmək də mümkündür. Bunun üçün USB Type-C girişi 65 vatt çıxış gücünə sahibdir. Philips 32E1S5900 artıq Çin bazarında 281$ qiymətində satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Philips Evnia 27M1N5500P gaming monitoru təqdim edilib - QİYMƏTİ
Philips Evnia 27M1N5500P gaming monitoru təqdim edilib - QİYMƏTİ
Philips şirkəti öz yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş monitor Philips Evnia 27M1N5500P adını əldə edib.
Philips Evnia 32M2C5500W adlı yeni gaming monitor təqdim edilib - QİYMƏTİ
Philips Evnia 32M2C5500W adlı yeni gaming monitor təqdim edilib - QİYMƏTİ
Philips şirkəti yeni gaming monitorunu təqdim edib.
Philips 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni gaming monitorunu təqdim edib - QİYMƏTİ
Philips 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni gaming monitorunu təqdim edib - QİYMƏTİ
Philips şirkəti Evnia 27M2N5510J adlı yeni gaming monitorunu təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!