Samsung Galaxy S25 smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
15.11.2024
Emil Nəcəfov
Gələn ilin yanvar ayında Samsung şirkətinin Galaxy S25 smartfon seriyasını təqdim edəcəyi gözlənilir. Bu seriyaya 3 model daxil olmalıdır. Galaxy S25, S25+ və S25 Ultra. Hələ bir neçə müddət bundan öncə Galaxy S25+ və Galaxy S25 Ultra modelləri Geekbench testlərindən keçdilər. İndi isə məlum olub ki, adi Galaxy S25 modeli də Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən Galaxy S25 smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 12 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, Galaxy S25 qutudan Android 15-i əldə edəcək. Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 2481 xal, çox nüvəli testi çərçivəsində isə 8658 xal toplayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy A26-nın render fotosu təqdim edilib
Samsung Galaxy A26-nın render fotosu təqdim edilib
Samsung şirkəti Galaxy A seriyasının növbəti smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, Galaxy A26-dan gedir.
Samsung Galaxy Flip FE-nin hansı prosessoru əldə edə biləcəyi açıqlanıb
Samsung Galaxy Flip FE-nin hansı prosessoru əldə edə biləcəyi açıqlanıb
Keçən həftə məlumat ortaya çıxdı ki, Samsung şirkəti gələn il Galaxy Flip FE adlı büdcəli qatlana bilən smartfonunu təqdim edəcək.
Samsung Galaxy Ring 2 smart üzüyünü daha tez satışa çıxara bilər
Samsung Galaxy Ring 2 smart üzüyünü daha tez satışa çıxara bilər
Samsung iyul ayında Galaxy Ring smart üzüyünü təqdim etmişdi. İndi isə şirkət Galaxy Ring 2 üzərində çalışır.
Samsung Galaxy S25 Slim-in mövcudluğu təsdiqlənib
Samsung Galaxy S25 Slim-in mövcudluğu təsdiqlənib
Bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, Samsung şirkəti kompakt ölçüyə sahib Galaxy S25 Slim smartfonu üzərində çalışır.
Samsung Galaxy S25 seriyasının dizaynı və ölçüləri ortaya çıxıb!
Samsung Galaxy S25 seriyasının dizaynı və ölçüləri ortaya çıxıb!
Snapdragon 8 Elite ilə Android bazarı canlanıb və yeni flaqman cihazlar yarışa qoşulub, lakin Samsung hələ flaqman modelini elan etməyib. Yeni ilin ilk aylarında təqdim olunacaq Galaxy S25, S25 Plus və S25 Ultra modellərinin dizayn və ölçüləri isə artıq sızdırılıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!