Təqdimata hazırlaşan Red Magic 9S Pro smartfonu AnTuTu-da yeni rekorda imza atıb
Cihazlar+
28.06.2024
Emil Nəcəfov
Red Magic şirkəti 3 iyul tarixində Red Magic 9S Pro adlı yeni gaming smartfonunu təqdim edəcək. İndi isə məlum olub ki, sözügedən yeni gaming smartfonu AnTuTu testlərindən keçib və üstəlik AnTuTu-da rekorda imza atıb. AnTuTu testlərinin nəticələrindən belə qənaətə gəlmək olar ki, Red Magic 9S Pro bazarda ən güclü Android smartfon olacaq. Artıq məlumdur ki, bu smartfon Snapdragon 8 Gen 3 prosessorunun sürətləndirilmiş versiyası vasitəsilə çalışacaq. Söhbət, prosessorun 3.4 GHz tezlikdə çalışan versiyasından gedir. Beləliklə Red Magic 9S Pro-nun 24 GB RAM-a və 1 TB daxili yaddaş həcminə sahib versiyası AnTuTu-da ümumilikdə 2 369 542 xal toplayıb. Bu isə AnTuTu-nun yeni rekordudur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Red Magic-in ilk gaming noutbukunun xarici görünüşü sərgilənib
Red Magic-in ilk gaming noutbukunun xarici görünüşü sərgilənib
Öz yüksək performanslı flaqman smartfonları ilə tanınan Red Magic şirkəti ilk gaming noutbukunu sərgiləyib. Şirkətin ilk gaming noutbuku Red Magic Gaming Laptop 16 Pro adlanır.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!