Meta şirkəti Instagram ilə WhatsApp-ı satmaq məcburiyyətində qala bilər
Tech-Biznes
14.11.2024
Emil Nəcəfov
Meta şirkəti ABŞ Federal Ticarət Komissiyası (FTC) tərəfindən antimonopoliya mövzusunda qaldırılmış məhkəmə iddiası səbəbilə məhkəmə qarşısına çıxmalı olacaq. Komissiya şirkəti rəqabətin boğulmasında və Instagram ilə WhatsApp-ın alınması yolu ilə sosial şəbəkələr bazarında özünə dominant vəziyyətin təmin olunmasında günahlandırır. Əgər məhkəmə şirkətin əleyhinə qərar çıxartsa, o, Instagram ilə WhatsApp-ı satmaq məcburiyyətində qala bilər. FTC hələ 2020-ci ildə Meta-nı məhkəməyə vermişdi. Həmin vaxtda komissiya iddia edirdi ki, şirkət Instagram və WhatsApp-ı almaqla rəqabəti boğmağa cəhd göstərib.
Kolumbiya dairəsi məhkəməsinin hakimi James Boasberg, 2021-ci ildə bu məhkəmə iddiasını rədd etmişdi. Lakin FTC yenilənmiş məhkəmə iddiasını qaldırmış və proses bərpa olunmuşdu. 2023-cü ilin yaz fəslində Meta yenidən məhkəməyə müraciət edərək FTC-nin məhkəmə iddiasının rədd edilməsini xahiş etmişdi. Məhkəmə hakimi James Boasberg öz növbəsində bu dəfə Meta-nın xahişini qəbul etmədi.
Bununla belə məhkəmə hakimi Meta-nın kənar tərtibatçıların şirkət API-dan istifadə müqabilində Meta tətbiqləri ilə rəqabəti dayandırmaq şərtini qoymaqla ədalətli davranmadığı fikrini rədd etdi. İndi isə FTC sübut etməyə çalışacaq ki, şirkət həqiqətən də ədalətli davranmayıb və onun Instagram ilə WhatsApp-ı alması rəqabətə və istehlakçılara zərər yetirib. Şirkətin nümayəndəsi Christopher Sgro öz növbəsində The Verge saytına bəyanatında qeyd edib ki, o, şirkətin Instagram və WhatsApp-ın əldə edilməsinin istifadəçilərə faydalı olduğunu məhkəmədə sübut edəcəyindən əmindir.
“Zamanında FTC bu müqavilələri nəzərdən keçirib və onları təsdiqləyib. Bizim servislərin YouTube, TikTok, X (keçmiş Twitter), iMessage və digər servislərlə ədalətli şəkildə rəqabət apardıqlarına dair olan sübutlara baxmayaraq komissiya Meta-nın Instagram və WhatsApp-ı əldə etməsini qanunsuz hesab edir” - deyə Christopher Sgro qeyd edib. FTC-nin bu antimonopoliya məhkəmə iddiasının Donald Trump-ın keçmiş prezidentlik dövründə qaldırılmasına baxmayaraq gözləntilərə əsasən onun administrasiyası bu cür mövzularda daha yumşaq davranacaq. Mark Zuckerberg isə digər texnoloji nəhənglərin rəhbərləri kimi Trump ilə ünsiyyətini yavaş-yavaş yoluna qoymağa başlayıb. Gözləntilərə əsasən Trump hətta FTC-nin hal-hazırki rəhbəri olan Lina Khan-ı istefaya göndərə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Avtraliyada 16 yaşından aşaöı uşaqlar üçün sosial media platformaları qadağan olunacaq
Avtraliyada 16 yaşından aşaöı uşaqlar üçün sosial media platformaları qadağan olunacaq
Avstraliya 16 yaşına kimi olan uşaqlar üçün sosial şəbəkələrin qadağan olunmasını təklif edib.
Artıq WhatsApp-dan göndərilən şəkilləri tək toxunuşla internetdə axtarış etmək mümkün olacaq!
Artıq WhatsApp-dan göndərilən şəkilləri tək toxunuşla internetdə axtarış etmək mümkün olacaq!
WhatsApp-a gələcək yeni bir xüsusiyyət tətbiqdəki şəkilləri internet üzərindən axtarmağa imkan verəcək.
Instagram süni zəka vasitəsilə yeniyetmələri təyin edə biləcək
Instagram süni zəka vasitəsilə yeniyetmələri təyin edə biləcək
Meta şirkəti Instagram-a süni zəka əsaslı yeni sistemi inteqrasiya edir. İnteqrasiya edilən yeni sistem əsl yaşlarını gizli saxlamağa çalışan yeniyetmə istifadəçiləri təyin etməkdə yardımçı olacaq.
WhatsApp-da çat siyahılarının yaradılması funksiyası istifadəyə verilib
WhatsApp-da çat siyahılarının yaradılması funksiyası istifadəyə verilib
WhatsApp-da çatlar siyahısı funksiyası istifadəyə verilib. Sözügedən yeni funksiya Lists adlanır. Bu yeni funksiya müxtəlif kateqoriyalı çatların siyahısını yaratmağa imkan verir.
Meta süni zəka əsaslı fərdi axtarış sistemini hazırlayır
Meta süni zəka əsaslı fərdi axtarış sistemini hazırlayır
The Verge saytının vermiş olduğu məlumata əsasən Meta şirkəti artıq 8 aydır ki, süni zəka əsaslı fərdi axtarış sistemi üzərində çalışır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!