Starlink smartfonlarda pulsuz SOS xidmətini istifadəyə verəcək
Elm & Texnologiya
28.08.2024
Emil Nəcəfov
Elon Musk elan edib ki, SpaceX şirkətinin Starlink adlı peyk interneti layihəsi bütün dünyada pulsuz şəkildə təcili SOS xidmətini istifadəyə verəcək. Qeyd etmək lazımdır ki, Google və Apple şirkətləri öz cihazlarında peyk rabitəsini premium xidmət kimi təklif edir. Starlink isə bu imkanı bütün smartfon istifadəçiləri üçün əlçatan etməyi hədəfləyib. Yer kürəsinin uzaq nöqtələrində olacaq insanlar hətta mobil şəbəkəyə sahib olmadıqları halda belə bunun sayəsində təcili yardım xidmətləri ilə əlaqə qura biləcəklər.
Günümüzdə smartfonlar mobil şəbəkə qüllələrindən asılıdırlar. Bu isə smartfonların uzaq nöqtələrdə funksionallıqlarını məhdudlaşdırır. Starlink isə öz növbəsində Yer kürəsinin orbitində 6000-dən çox peykə sahib olmaqla hətta planetin ən uzaq nöqtələrində belə qlobal geniş zolaqlı rabitəni təklif edərək uzaq nöqtələrdə internetə çıxış imkanını əlçatan edir. Qeyd etmək lazımdır ki, təcili SOS xidmətinin qlobal şəkildə istifadəyə verilməsi üçün Starlink hər bir ölkədən xüsusi icazə almalıdır. Lakin nəzərə alsaq ki, bu xidmət çərçivəsində istifadəçi yalnız təcili yardım xidmətləri ilə əlaqə saxlayacaq, bu halda icazənin alınması prosesi sadələşdirilə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Özəl şirkətlərin kosmik uçuş sayları 4 ildən sonra 2 dəfə çoxala bilər
Özəl şirkətlərin kosmik uçuş sayları 4 ildən sonra 2 dəfə çoxala bilər
ABŞ Federal Aviasiya İdarəsinin (FAA) gözləntilərinə əsasən lisenziyalı kosmik uçuşların sayı hər il sürətlə artmaqda davam edəcək.
Elon Musk, Starship-in inşa edildiyi zavodu sərgiləyib (VİDEO)
Elon Musk, Starship-in inşa edildiyi zavodu sərgiləyib (VİDEO)
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, SpaceX şirkəti Texas ştatının Boka-Çika adlı kəndi yaxınlığında yerləşən Starbase adlı kosmodromunda Starfactory adlı zavodu istifadəyə verib.
SpaceX dünyanın ikinci ən bahalı özəl şirkəti ola bilər
SpaceX dünyanın ikinci ən bahalı özəl şirkəti ola bilər
Kosmik uçuşlar sahəsində heç də az olmayan sayda nailiyyətlər əldə etmiş SpaceX şirkəti özəl şirkət olaraq qalır.
SpaceX şirkəti Beynəlxalq Kosmik Stansiyanın istismardan çıxarılması ilə məşğul olacaq
SpaceX şirkəti Beynəlxalq Kosmik Stansiyanın istismardan çıxarılması ilə məşğul olacaq
NASA SpaceX şirkəti ilə 843 milyon dollar dəyərində müqavilə bağlayıb. Müqavilənin şərtlərinə əsasən SpaceX şirkəti növbəti 10 il ərzində BKS-in (Beynəlxalq Kosmik Stansiya) orbitini təhlükəsiz şəkildə aşağı salmağa imkan verəcək və nəticədə onun istismardan çıxarılmasına imkan verəcək kosmik aparatı inşa etməlidir.
SpaceX Starship-in Mars səthinə nə zaman eniş edəcəyini açıqlayıb
SpaceX Starship-in Mars səthinə nə zaman eniş edəcəyini açıqlayıb
NASA Marsda Perseverance aparatı vasitəsilə yığılan süxur nümunələrinin Yer kürəsinə geri qaytarılması missiyasında iştirak edəcək podratçı şirkəti axtarmağa başlayıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!