“akart” Mərkəzi Bankdan lisenziya alan ilk fintex həlli oldu
Digər
06.06.2024
Emil Nəcəfov
Azərbaycan Respublikasının Mərkəzi Bankı “A-Solutions” MMC-yə elektron pul təşkilatı kimi fəaliyyət göstərməsi üçün lisenziya təqdim edib. Qeyd etmək lazımdır ki, təşkilatın əsas səhmdarı qismində “Azercell Telekom” MMC çıxış edir. Beləliklə də, ölkənin telekommunikasiya sektorunda ilk dəfə olaraq özündə həm bank əməliyyatlarını, həm də mobil rabitə imkanlarını birləşdirən “akart” bu lisenziyanı alan birinci fintex həlli oldu.
Qeyd edək ki, müştərilərə nağdsız hesablaşma və ödənişləri daha rahat şəkildə yerinə yetirməyə imkan yaradan bu unikal məhsul ilə kartdan karta sürətli pul köçürmələrini, kommunal ödənişləri və digər əməliyyatları yerinə yetirmək mümkündür. Eyni zamanda, “akart”ın “Apple” və “Google Pay” vasitəsilə təmassız ödəniş, ayda 100 AZN-dək keşbek və 10 GB-dək bonus qazanma imkanı, genişlənən partnyor şəbəkəsi və s. kimi üstünlükləri var.
Beləliklə virtual kart əhalinin bank xidmətlərinə çıxışı aşağı olan və ya ümumiyyətlə olmayan qisminə onlayn bankçılıq üçün rahat və sərfəli həll təqdim edir. Həllin məqsədi “akart” vasitəsilə ölkə əhalisinə nağdsız ödəniş vərdişlərini təşviq etməkdir. Bununla da virtual kart Azərbaycanda maliyyə inklüzivliyinin gücləndirilməsinə və rəqəmsal ekosistemin inkişafına töhfəsini verəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell-in dəstəyilə həyata keçirilən “Techcell” hakatonu başa çatdı
Azercell-in dəstəyilə həyata keçirilən “Techcell” hakatonu başa çatdı
Azercell və UFAZ -ın birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn hakatonun qalibləri mükafatlandırıldı
Azercell Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başladı
Azercell Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başladı
Lider mobil operator uşaq evinin sakinlərində mütaliəyə həvəs yaradır
Azercell-in “İdeya İnkubasiya Proqramı”nın qalibləri müəyyən oldu
Azercell-in “İdeya İnkubasiya Proqramı”nın qalibləri müəyyən oldu
“Azercell Telekom” MMC, ADA Universiteti Fondu (Azərbaycan) və ADA Universitetinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “İdeya İnkubasiya Proqramı”nın qalibləri müəyyən edilib.
Azercell “Təhlükəsiz internet” layihəsi ilə Naxçıvanda!
Azercell “Təhlükəsiz internet” layihəsi ilə Naxçıvanda!
Layihə əhalinin internetdəki təhdidlər barədə məlumatlılıq səviyyəsini artırmağa kömək edir
Azercell və GSMA strateji tərəfdaşlıqlarının prioritet istiqamətləri haqqında danışdılar
Azercell və GSMA strateji tərəfdaşlıqlarının prioritet istiqamətləri haqqında danışdılar
Bakıda Azercell-in baş sponsorluğu ilə keçirilən “GSMA M360 Eurasia 2024” başa çatdı
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!