Nəqliyyat

    Filterlə

    Yenilənmiş Tesla Model Y təqdim edilib - QİYMƏTİ

    Tesla şirkəti özünün Model Y elektromobilinin yenilənmiş versiyasını təqdim edib. Model Y-ın yenilənmiş versiyası Çin bazarı və Asiya-Sakit okeanı regionu üçün nəzərdə tutulub.

    2024-cü ildə dünyanın ən böyük elektromobil istehsalçısı BYD olub

    Tesla artıq dünyanın ən böyük elektromobil istehsalçısı deyil. 2024-cü ildə bu şirkət ümumilikdə 1 773 443 ədəd elektromobil istehsal edib. Lakin digər bir istehsalçı bu mövzuda Tesla-nı geridə qoymağı bacarıb.

    Çin saatda 450 km sürətlə hərəkət edən dünyanın ən sürətli kommersiya qatarını sınaqdan keçirib!

    Çin mediasının yaydığı son xəbərlərə görə, saatda 450 kilometr sürətlə hərəkət edən qatar 2025-ci ildə kommersiya səfərlərinə başlayacaq.

    Lada yeni 122 at gücünə malik Niva Sport avtomobilinin istehsalına başlayıb!

    Uzun müddətdir təxirə salınan Lada Niva Sport-un ilkin istehsalına nəhayət ki, başlanılıb. Yeni mühərrik və gücləndirilmiş transmissiya ilə təchiz edilmiş bu ikonik modelin, kütləvi istehsalı tarixi və qiyməti yaxın zamanda bəlli olacaq.

    Hidrogenlə işləyən yük maşını tək yanacaqla 2905 kilometr yol qət edərək dünya rekordu qırıb!

    Hidrogen yanacağı ilə işləyən bir yük maşını tam dolu yanacaqla 2905 km yol qət edərək Ginnesin Rekordlar Kitabına düşüb. Bu uğur hidrogenin ağır yük daşımalarında mühüm potensiala sahib olduğunu göstərir

    Xiaomi YU7 elektrikli krossoverinin real fotoları ortaya çıxıb

    Xiaomi şirkəti bir neçə müddət bundan öncə YU7 adlı elektrikli krossoveri anons etməklə hamını təəccübləndirdi. Şirkət bu elektromobilini artıq sirr olaraq saxlamır. Belə ki, elektromobil Çinin avtomobil yollarında səyahət edərək testlərdən keçir.

    Xiaomi öz elektromobillərinin qlobal bazarda satışları üçün hazırlıqlara başlayıb

    36Kr saytının bəzi anonim mənbələrə istinadən vermiş olduğu məlumata əsasən Xiaomi şirkəti qlobal bazarda avtomobil biznesinin formalaşdırılması ilə məşğuldur.

    Almaniya 2026-cı ildə uçan taksilər üçün sınaq marşrutları yaradacaq!

    eVTOL və ya uçan taksi sektorunda geri qalmamaq üçün Almaniya yeni bir paket hazırlayaraq 4 mərhələdən ibarət əhatəli bir plan hazırlayıb.