Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
Digər
18.04.2024
Farid Pardashunas
Azercell böyük məmnuniyyətlə ADA Universitetinin Karyera Hazırlığı Həftəsində iştirak edir. Tədbir tələbə və şirkətləri bir araya gətirərək, gənclərin karyera və bacarıqlarının inkişafına təkan verən platforma rolunda çıxış edir. Karyera Hazırlığı Həftəsi tələbələrə peşəkarlar ilə birbaşa ünsiyyətdə olmaq və müxtəlif sektorlar haqqında məlumatlanmaq üçün əvəzsiz imkanlar təqdim edir. Azercell-in bu təşəbbüsdə iştirakı şirkətin istedadları inkişaf etdirmək və gələcək mütəxəssislərin yetişdirilməsinə töhfə vermək öhdəliyini əks etdirir.
Azercell-in Karyera Hazırlığı Həftəsində keçirdiyi seminarlar telekommunikasiya sektoruna dair anlayışlar, emosional zəkanın rolu, müsahibə bacarıqlarının mənimsənilməsi, uğur və biznes etikası, telekommunikasiya sahəsində sahibkarlıq və innovasiyalar, şəxsi brendinqin əhəmiyyəti və rəqəmsal şəbəkə kimi bir sıra mövzuları əhatə edəcək.
Yekun qiymətləndirmə və müsahibələr nəticəsində Azercell ADA Universitetinin beş tələbəsinə yay mövsümü ərzində təcrübə keçmək imkanı təqdim edəcək. Bu təcrübə tələbələrə praktiki bacarıqlar və telekommunikasiya sənayesi ilə tanışlıq qazandıracaq.
“Karyera Hazırlığı Həftəsində iştirak etməkdən və tələbələrin inkişafına töhfə verməkdən məmnunuq”, - deyə Azercell-in İnsan Kapitalının İdarə Edilməsi Departamentinin Direktoru Dilarə Hüseynova bildirib. “Biliklərimizi bölüşməklə və təcrübə imkanları təklif etməklə gələcək nəsil peşəkarları gücləndirmək və onların əmək bazarında uğur qazanmalarına kömək etmək istəyirik.”
Hər il onlarla gənc Azercell-in inkişaf proqramında təcrübə keçir. Lider mobil operator tələbələrin telekommunikasiya sektorunda bacarıqlarını inkişaf etdirir və onlara gələcək karyeralarında kömək edəcək dəyərli təcrübə qazandırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
“M360 Eurasia 2024” Bakıda qabaqcıl texnoloji şirkətlərin liderlərini yenidən bir araya gətirəcək
Azercell texnoloji innovasiyalarla yanaşı sosial məsuliyyəti də diqqət mərkəzində saxlayır
Azercell texnoloji innovasiyalarla yanaşı sosial məsuliyyəti də diqqət mərkəzində saxlayır
Ölkənin ən böyük vergi ödəyicilərindən biri olan Azercell 2023-cü ildə dövlət büdcəsinə 167 milyon AZN, 27 il ərzində isə ümumilikdə təxminən 2,4 milyard AZN ödəniş edib, ölkədə telekommunikasiya sahəsinin inkişafına 94 milyon ABŞ dolları, 1996-2023-cü illər ərzində isə 1.9 milyard ABŞ dolları həcmində sərmayə yatırıb.
“Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutacaq
“Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutacaq
May ayının 5-i Heydər Əliyev Fondunun təşəbbüsü, “Azercell Telekom” MMC-nin eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu - 2024” keçiriləcək.
Azercell müştəriləri üçün innovativ həlləri əlçatan etməyə davam edir
Azercell müştəriləri üçün innovativ həlləri əlçatan etməyə davam edir
Texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə mobil operator 2023-cü ilidə də abunəçilərə daha çevik müştəri təcrübəsi imkanları yaratmaq məqsədilə bır sıra yeni məhsul və həllər təqdim edib.
Azercell-in Instagram izləyicilərinin sayı 200 000 oldu!
Azercell-in Instagram izləyicilərinin sayı 200 000 oldu!
Lider mobil operatordan dəyərli hədiyyələr qazanmaq imkanı!
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!