main-post-cover

    DNT analiz şirkəti Atlas Biomed topladığı DNT nümunələri ilə yoxa çıxıb!

    Digər
    19.11.2024
    Farid Pardashunas

         DNT analiz şirkəti Atlas Biomed-in səssiz şəkildə fəaliyyətini dayandırdığı məlum olub. Müştərilər isə özlərinə məxsus DNT nümunələrinin aqibəti haqqında heç bir məlumata sahib deyillər.

         Mərkəzi Rusiyada olan, İngiltərədə isə xidmət göstərən Atlas Biomed adlı şirkət, müştərilərinə heç bir açıqlama vermədən fəaliyyətini dayandırıb. Şirkətdən xidmət almış şəxslər özlərinə aid həssas məlumatların nə baş verdiyi haqqında heç nə bilmirlər. BBC şirkətlə əlaqə saxlamağa çalışıb, lakin hər şey bağlı vəziyyətdədir. Atlas Biomed əsasən müştərilərinə bir test satır və bu testi həyata keçirərək onların detallı DNT analizlərini hazırlayırdı. Bu analizlər sayəsində şəxsin xəstəliklərə meyilliliyi belə müəyyən edilə bilirdi. Lakin hər hansı bir səbəbdən şirkət səssiz şəkildə yoxa çıxıb. Üstəlik, Atlas Biomed müştərilərinin istifadə etdiyi portal da artıq əlçatmazdır. Əvvəllər test etdirmiş şəxslər öz DNT analiz nəticələrinə belə daxil ola bilmirlər.
         Bu hadisə istehlakçılar arasında ciddi narahatlıq yaradıb. Çünki məlumdur ki, şirkətin əlində minlərlə şəxsin DNT nümunəsi var. Şirkətin fəaliyyətini dayandırması ilə bu məlumatların nə olacağı böyük sual işarəsidir. Xüsusilə də Rusiya ilə Avropa arasındakı gərginlik artdığı bir dövrdə belə bir hadisənin baş verməsi bir çox insanın narahatlığını daha da artırır.
         Bir müddət əvvəl 23andMe adlı başqa bir DNT analiz şirkətinin də iflas ərəfəsində olduğu xəbəri ortaya çıxmışdı. Belə şirkətlərin iflası nəticəsində DNA məlumatlarının sızdırılması ehtimalı yaranır və bu məlumatların hətta bioloji silah kimi cəmiyyətlərə qarşı istifadə olunma riski mövcuddur.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər