main-post-cover

    “Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında

    Digər
    02.05.2024
    Farid Pardashunas
         Azercell və “Ümidli Gələcək” İB-in “Gələcəyi öz əllərinlə yarat” layihəsi çərçivəsində növbəti təlim baş tutub. “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında keçirilmiş təlimə yetkin qadınlarla yanaşı həm də yeniyetmə və gənc qızlar qatılıb. Təlimdə Azercell Akademiyasının mütəxəssisləri iştirakçılara “yumşaq bacarıqlar” - daxili motivasiya, ünsiyyət, empatiya, emosional zəka barədə məlumat veriblər. Qadın sığınacağının sakinləri isə öz növbələrində hədəfləri, karyera və təhsil planları barədə mütəxəssislərdən tövsiyələr alıblar. 
         Təlimin əsas məqsədi sığınacaq sakinlərinin cəmiyyətə reinteqrasiyası, yenidən iş həyatına addımlamaları, karyera qurmaq imkanlarının artırılması idi.
       Qadınlara həmçinin “Qadın Dəstək Xətti”nin xidmətləri barədə məlumat verilib. Onlara bu xidmətdən yararlanmaq tövsiyə edilib.   
        Azercell-in təşəbbüsü və dəstəyi ilə yaradılan “Qadın Dəstək Xətti”nin əsas məqsədi effektiv psixoloji, emosional və sosial dəstəyin təşviq edilməsi, zorakılıq qurbanlarının reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına kömək etməkdir. Bunun üçün onlar hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara, hüquqi məsləhət verən QHT-lərə yönləndirilir. 
         24 saat xidmət göstərən “Qadın Dəstək Xətti”nə 116111 qısa nömrəsi, eləcə də Facebook və Instagram sosial şəbəkələri, İctimai Birliyin veb-saytındakı canlı çat vasitəsilə müraciət etmək olar.
           Qadın sığınacağında baş tutmuş təlim haqqında video-material:
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər
    genclerimiz-informatika-texnologiyalari-sahesinde-ugurlu-neticeler-elde-etmeye-davam-edirler
    Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı
    bohran-idareetme-qrupu-layihesinin-ilk-simulyasiya-testi-ugurla-basa-catdi
    “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
    gsma-m360-eurasia-2024-konfransinda-en-son-reqemsal-tendensiyalar-muzakire-edilecek
    “Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir
    azercell-telekom-azerbaycan-cudo-federasiyasi-ile-emekdasliqda-dogru-yol-budur-layihesine-start-verir
    Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
    azercell-bohran-idareetme-qrupu-layihesini-elan-edir