Gündəlik həyatımızda istifadə etdiyimiz emojilərin gerçək mənaları nələrdir?
Digər
18.07.2024
Farid Pardashunas
Emojilər, bu gün mesajlarımızın əvəzsiz hissələrinə çevrilib. Ancaq bir çox insanlar, bu kiçik ikonalardan səhv istifadə edirlər. Emojilərin əsl mənalarını və ümumi səhvləri sizin üçün hazırladığımız bu məqalədə izah edirik.
Emojilər, müxtəlif formalarda, rənglərdə və növlərdə olur. Əvvəlcə kiçik, yuvarlaq üz ifadələri ilə başlayan bu macəra, zamanla insan fiqurları, bitkilər, heyvanlar və müxtəlif simvollarla genişləndi. Jeremy Burge tərəfindən qurulan Emojipedia sayəsində 17 iyul Dünya Emoji Günü kimi qeyd olunur. Bu da yanlış istifadə edilən emojilər və onların düzgün mənaları:
- 🙏 (Əllərini birləşdirmiş şəxs): Bir çox insanlar bu emojini “Əllərini bir-birinə vuran şəxslər” kimi istifadə edir, lakin bu, əslində təşəkkür etmək və ya nəzakətlə nəsə istəmək deməkdir. Yaponiyadan gələn bu simvoldan Qərbdə də dua üçün istifadə olunur.
- 😤 (Burnundan tüstü çıxan üz): Biz tez-tez bu emojidən hirs və ya məyusluğu ifadə etmək üçün istifadə edirik. Lakin bu üz, əslində “qələbə” və ya “qürur” ifadəsi kimi nəzərdə tutulub.
- 😪 (Burununda qabarcıq olan üz): Qərbdə bu emoji, adətən xəstə və ya kədərli birini təmsil edir. Lakin onun hərfi mənası “yuxulu üz” deməkdir və Yaponiyada komikslərdə yuxulu personajları təmsil etmək üçün istifadə olunur.
- 🙀 (Yorğun pişik): Biz tez-tez bu pişiyi, çaşqın və ya qorxmuş üz ifadəsi kimi istifadə edirik. Amma əslində bu emoji, “yorğun pişik” deməkdir və yorğunluğu ifadə edir.
- 💁♀️ (Əl qaldıran qadın): Bir çox insanlar, bu emojidən “Əhəmiyyət vermirəm” və ya “məlumat verən şəxs” kimi istifadə edirlər. Əslində, bu emoji "məlumat masası işçisi" deməkdir və xidmət göstərən birini təmsil edir.
- 🙇 (Əyilən şəxs): Bu emoji, tez-tez kədərli və ya diqqətli birini ifadə etmək üçün istifadə olunur. Bununla belə, onun düzgün mənası “təzim edən” deməkdir və çox vaxt üzr istəmək və ya hörmət göstərmək üçün istifadə olunur.
- 😳 (Qırmızı üz): Biz adətən bu emojini "şoka düşmək" mənasında istifadə edirik. Əslində, bu emoji "qızarmış üz" deməkdir və utanc mənasında istifadə edilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
NASA, ilk dəfə kosmosda mahnı ifa edib!
NASA, ilk dəfə kosmosda mahnı ifa edib!
NASA, hip-hop mahnısını birbaşa kosmosa göndərməklə tarixdə bir ilkə imza atıb. DSN metodundan istifadə edərək Veneraya mahnı göndərən NASA, dərin kosmos missiyaları üçün əsas rabitə sisteminin müvəffəqiyyətlə sınaqdan keçirildiyini bildirib.
Primatların beynində üz tanınması üçün xüsusi "mexanizm" olduğu aşkar edilib!
Primatların beynində üz tanınması üçün xüsusi "mexanizm" olduğu aşkar edilib!
Primatların beyinlərində çox sürətli üz tanıma mexanizminin olduğu müəyyən edilib. Makaka meymunları üzərində aparılan araşdırma, bunun necə mümkün olduğunu da ortaya qoyub.
1 ildən çox dənizin dibində qalan Apple Watch, yenidən işlək vəziyyətdə tapılıb!
1 ildən çox dənizin dibində qalan Apple Watch, yenidən işlək vəziyyətdə tapılıb!
Bir istifadəçinin Karib dənizində suya dalarkən itən “Apple Watch” smart saatı, nağıllarda olduğu kimi sanki ayaq açaraq sahibinə geri qayıtmağı bacarıb.
Bir qadın, tualetin qapısı əvəzinə təcili çıxış qapısını açdığına görə, 40 min dollar zərərə uğrayıb!
Bir qadın, tualetin qapısı əvəzinə təcili çıxış qapısını açdığına görə, 40 min dollar zərərə uğrayıb!
Çindən gələn xəbərə görə, həyatında ilk dəfə təyyarəyə minən qadının tualet qapısı ilə səhv salıb təcili çıxış qapısını açaraq təcili eniş sürüşkənini (slide) işə saldığı bildirilib.
New York şəhəri, məhbuslar üçün 59 min dollara PlayStation oyunları alıb!
New York şəhəri, məhbuslar üçün 59 min dollara PlayStation oyunları alıb!
New York İslah Departamentinin əməkdaşları, məhbuslarda yaxşı davranışı təşviq etmək üçün 1247 video oyuna 59 min dollar pul xərcləyiblər.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!