main-post-cover

    Microsoft, Çin bazarındakı mağazalarının qapılarını bağlayır!

    Digər
    03.07.2024
    Farid Pardashunas

         Texnologiya nəhəngi Microsoft, Çin bazarındakı bütün fiziki mağazalarını rəsmən bağlayıb. Məşhur şirkət, Çindəki bütün satışları bölgədəki satış tərəfdaşlarına və onlayn mağazalara buraxıb.

         Qlobal bazarda yaşanan dəyişikliklər və strategiya fərqliliklərdən sonra Microsoft, Çindəki fiziki mağazalar əvəzinə onlayn satış kanallarına diqqət yetirməyə qərar verib. Çin daxilində bütün fiziki mağazalarını bağlayan şirkət, proqram təminatı və bulud xidmətləri kimi digər sahələrdə Çində fəaliyyətini davam etdirəcək. Bu mənada qeyd etməliyik ki, Microsoft Çin və Asiya bazarlarından tam çəkilməyib.
         Microsoft, Çin bazarına ilk addımını 1992-ci ildə atıb. O vaxtdan bəri şirkət, Windows əməliyyat sistemi Office proqram dəsti kimi məhsulları ilə Çində əhəmiyyətli bazar payı qazanıb. Lakin son illərdə Çin hökumətinin yerli texnologiya şirkətlərinə dəstək siyasəti və rəqabəti gücləndirməsi Microsoft-un bazardakı mövqeyini çətinləşdirib. Lakin onu da əlavə etməliyik ki, bu qərar Çinə xas deyil. Microsoft, 2020-ci ildə qlobal miqyasda bir çox pərakəndə mağazalarını bağlamaq qərarına gəlib. Şirkət, rəqəmsal satış kanallarına və bulud xidmətlərinə diqqət yetirmək strategiyasını qəbul edib. Çində mağazaların bağlanması bu qlobal strategiyanın bir hissəsi kimi qəbul edilir. Bu mənada yeni dövrdə bir neçə fərqli ölkədə fiziki mağazalar bağlana bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Windows 11-in iş masasını smartfon ekranında işə salmaq mümkün olacaq
    windows-11-in-is-masasini-smartfon-ekraninda-ise-salmaq-mumkun-olacaq
    Microsoft: İnternetdə paylaşılan məlumatlar sərbəstdir və biz də ondan istifadə edirik!
    microsoft-internetde-paylasilan-melumatlar-serbestdir-ve-biz-de-ondan-istifade-edirik
    Microsoft şirkəti, 6 milyard dollar dəyərində cərimə oluna bilər!
    microsoft-sirketi-6-milyard-dollar-deyerinde-cerime-oluna-biler
    Çinli elektrik avtomobil istehsalçıları, hökuməti Avropadan qisas almağa çağırır!
    cinli-elektrik-avtomobil-istehsalcilari-hokumeti-avropadan-qisas-almaga-cagirir
    Apple brendinin dəyəri 1 trilyon dolları keçib
    apple-brendinin-deyeri-1-trilyon-dollari-kecib