main-post-cover

    Microsoft nə üçün data mərkəzlərini okeanın dərinliklərində yerləşdirir?

    Digər
    03.05.2024
    Farid Pardashunas

         Elektron cihazların ən böyük düşməni su olsa da, Microsoft Azure nə üçün məlumat mərkəzlərini suyun altına köçürməyi planlaşdırır?

         2014-cü ildə Microsoft-un "Think Week" tədbirində ortaya çıxan sualtı məlumat mərkəzi ideyası sahilyanı icmalara sürətli bulud xidmətləri təqdim etmək və ümumilikdə enerjiyə qənaət etmək məqsədi daşıyırdı. Layihənin ilk sınağı 2018-ci ildə Sakit Okeanda, Şotlandiyanın Orkney adaları sahillərində baş verib.
         Dataların batırıldığı yer sərin iqlimi, tamamilə günəş və külək enerjisi ilə işləyə bilən enerji şəbəkəsi sayəsində ideal bir təcrübə sahəsi hesab olunurdu. “Natick Northern Isles” adlanan məlumat mərkəzində 864 server və 27,6 petabayt yaddaş tutumu var idi ki, bu da yüz minlərlə yüksək səviyyəli istehlakçı sinifi kompüterlərin hesablama gücünə bərabərdir. Sınaq nəticəsində, 2020-ci ildə ortaya çıxan "Natick Northern Islands" məlumat mərkəzi864 serverdən yalnız 8-nin uğursuz olduğunu göstərdi ki, bu da qurudakı məlumat mərkəzləri ilə müqayisədə uğursuzluq nisbətinin yalnız səkkizdə birini təşkil edir.
         Microsoft bu uğuru iki əsas amillə əlaqələndirir: Birincisi avadanlıq suyun altında qaldığı üçün daim sərin saxlanılır, ikincisi isə oksigen əvəzinə azotla doldurulmuş qapalı mühit komponentləri korroziyaya daha davamlı edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Microsoft, Windows 10-dakı cansıxıcı problemi həll edə bilmədiyini qəbul edib!
    microsoft-windows-10-daki-cansixici-problemi-hell-ede-bilmediyini-qebul-edib
    Microsoft-un süni zəka sahəsində Google şirkətini geridə qoymaq səyləri barəsində keçmiş məktublar ortaya çıxıb
    microsoft-un-suni-zeka-sahesinde-google-sirketini-geride-qoymaq-seyleri-baresinde-kecmis-mektublar-ortaya-cixib
    Windows 11-in bazar payı ikinci aydır ki, aşağı düşür
    windows-11-in-bazar-payi-ikinci-aydir-ki-asagi-dusur
    Google Search-ün Safari brauzerində istifadəsi səbəbilə Google Apple şirkətinə milyardlarla dollar vəsait ödəyib
    google-search-un-safari-brauzerinde-istifadesi-sebebile-google-apple-sirketine-milyardlarla-dollar-vesait-odeyib
    Bill Gates, Microsoft-u şirkətdə vəzifəsi olmadan idarə edirmiş!
    bill-gates-microsoft-u-sirketde-vezifesi-olmadan-idare-edirmis