“Təhlükəsiz internet” layihəsi Quba və Lənkəran məktəblərində
Digər
09.02.2024
Emil Nəcəfov
Ölkənin lider mobil operatoru Azercell-in “Təhlükəsiz internet” layihəsi çərçivəsində regionlarda həm yeniyetmələr, həm də böyüklər üçün maarifləndirici dərslər keçirilir. Bu dəfə Quba və Lənkəran məktəbliləri və onların valideynləri onlayn təhdid və təhlükələr barədə, həmçinin onlarla mübarizə yolları haqqında məlumatlar əldə ediblər.
Sertifikatlaşdırılmış beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında keçirilən dərslərdə iştirakçılar aşağıdakı mövzularla tanış olurlar:
- virtual tanışların yoxlanılması;
- şəxsi məlumatların sosial şəbəkələrdə istifadəsi və qorunması;
- şəxsi məlumatların daxil edilməsini tələb edən müsabiqələrdə iştirakdan imtina;
- şəbəkədə fırıldaqçıları və cinayətkarlarının əsas hiylələri;
- trollinq, kiberbullinq (onlayn qısnama) və ya qeyri-münasib onlayn davranış hallarında kimə və ya hara müraciət etmək
Dərslər “GID CSR Consulting” QHT-nin peşəkar təlimçiləri tərəfindən aparılır. “Təhlükəsiz internet” layihəsində 300-dən çox şagird və 100-dən çox valideynin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, Azercell 2016-cı ildən mütəmadi olaraq internet təhlükəsizliyi haqqında maarifləndirici layihələr həyata keçirir. Bu illər ərzində müxtəlif yaşda olan 1500-dən çox internet istifadəçisi bu layihələrdən yararlanıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
10 tələbə "Azercell Təqaüdçüsü" adına layiq görülüb
10 tələbə "Azercell Təqaüdçüsü" adına layiq görülüb
Azercell “Tələbə Təqaüdü 2024” proqramının qaliblərini açıqlayıb
“Wikipedia”da azərbaycanca İKT ilə bağlı 600-dən çox məqalə yerləşdirilib
“Wikipedia”da azərbaycanca İKT ilə bağlı 600-dən çox məqalə yerləşdirilib
“Azercell”in dəstək olduğu “WikiTeam for ICT” layihəsi çərçivəsində “Wikipedia”ya İKT ilə bağlı azərbaycan dilində 600-dən çox məqalə daxil edilib.
“Qızlara ağ yaraşır” beynəlxalq jurnalistlərdən mükafat qazandı!
“Qızlara ağ yaraşır” beynəlxalq jurnalistlərdən mükafat qazandı!
Azercell və Azərbaycan Cüdo Federasiyasının ortaq layihəsi Azərbaycan reklam və marketinq tarixində ilk dəfə olaraq “Epica Awards” mükafatına layiq görüldü.
Azercell şəbəkəsində təhlükəsizlik tədbirləri gücləndirilib
Azercell şəbəkəsində təhlükəsizlik tədbirləri gücləndirilib
26 yanvar 2024 tarixi səhər saatlarında Azercell şəbəkəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı aparılan əməliyyat işləri zamanı bəzi qlobal (Facebook/Instagram/WhatsApp) sosial şəbəkə platformalarından və ümumilikdə internet saytlarından istifadədə çətinlik yaranması mümkün idi.
Azercell-in Müştəri Məmnuniyyəti indeksi 94%-i ötüb
Azercell-in Müştəri Məmnuniyyəti indeksi 94%-i ötüb
Lider mobil operator Əlaqə Mərkəzinin 2023-cü il üzrə nəticələrini açıqlayıb
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!