main-post-cover

    Yupiterin peyki İonun keyfiyyətli fotoları çəkilib

    Digər
    19.10.2023
    Emil Nəcəfov
         NASA-nın Juno adlı kosmik aparatı Yupiter sistemlərinin müşahidə edilməsi üzrə əsas missiyasının yerinə yetirilməsindən uzun illər sonra yenə də uğurlu şəkildə fəaliyyətini davam etdirir. Hal hazırda bu kosmik aparat Yupiterin peyklərindən biri olan İoya maksimal dərəcədə yaxınlaşma çərçivəsində uçuş manevrlərini reallaşdırır. Qeyd etmək lazımdır ki, İo Günəş sistemində ən aktiv vulkanik proseslərə sahib kosmik obyektdir. Juno öz növbəsində sözügedən peykin maksimal dərəcədə yaxın məsafədən fotolarını çəkərək onları Yer kürəsinə göndərib.
         Kosmik aparat İo ilə maksimal yaxın məsafədə 15 oktyabr tarixində olub. Kosmik aparatın kamerası peykin çoxlu sayda fotosunu ondan 11 680 km məsafədə olarkən çəkib. Bu fotolar 1995-ci ildən 2003-cü ilə kimi rellaşdırılmış Galileo missiyasından indiyənə kimi İo-nun əldə edilmiş ən yaxşı keyfiyyətdə fotolarıdır. İo Günəş sistemində xüsusi diqqətə layiq olan kosmik obyektlərdən biridir. Yupiterin və onun digər peyklərinin qravitasiya güclərinin İoya təsiri səbəbilə bu peykin daxili hissəsi daimi şəkildə hərəkətdədir. Bu isə öz növbəsində İoda bitməyən vulkanik aktivliklərə səbəb olur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər