12 saniyədə 25 milyon dollarlıq kriptovalyuta oğurlayan oğrular saxlanılıb!
Təhlükəsizlik
16.05.2024
Farid Pardashunas
Kriptovalyuta dünyasının ən böyük oğurluqlarından birini törədən qardaşların işi ilə bağlı həbs qərarı qərar verilib.
Ötən illərin birində kriptovalyuta cəmiyyətini sarsıdan oğurluq hadisəsi baş vermişdi. Belə ki, iki qardaş cəmi 12 saniyə ərzində 25 milyon dollarlıq kriptovalyutanı oğurlamışdılar. Bu işlə məşğul olan ABŞ Ədliyyə Nazirliyi verdiyi açıqlamasında belə bir hadisənin ilk dəfə baş verdiyini söyləmişdi. 24 yaşlı Anton Peraire-Bueno və 28 yaşlı James Peraire-Bueno-un elektron fırıldaqçılıq və çirkli pulların yuyulması ittihamı ilə mühakimə olunduğu iş üzrə müvəqqəti qərar çıxarılıb və artıq hər iki qardaş da saxlanılaraq məhkəməyə cəlb olunub. Verilən məlumat görə isə, onların hər biri 20 ilə qədər həbs cəzası ala bilər.
Bundan başqa, əldə edilən digər məlumata görə, qardaşlar Massaçusets Texnologiya İnstitutunda (MIT) təhsil alıblar və proqram təminatı sahəsində çox yaxşı biliklərə sahib olublar. İkilinin Ethereum şəbəkəsində pul köçürmə əməliyyatlarının yoxlanılması prosesindən istifadə etdiyi və bu prosesdə 25 milyon dollar dəyərində kripto pul oğurladığı müəyyən edilib.
Bu arada, Ethereum rəhbərliyinin bu oğurluğu aşkar etdiyi barədə məlumatı da paylaşaq. Hətta Peraire-Bueno qardaşları ilə əlaqəyə keçilməsinə baxmayaraq, heç bir faydası olmayıb. Belə olduğu üçün hadisə ilə bağlı rəsmi orqanlara məlumat verilməsi qərara alınıb. Görək, ABŞ məhkəmə sistemi bu oğurluqla bağlı hansı qərarı verəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Şimali Koreyadakı hakerlər son 6 ildə 3 milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar
Şimali Koreyadakı hakerlər son 6 ildə 3 milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar
Şimali Koreya tərəfindən dəstəkləndikləri güman edilən hakerlər kriptovalyuta bazarına kiberhücumlar sayəsində son 6 il ərzində təqribi olaraq 3 milyard dollar vəsait oğurlayıblar.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!