Apple Store-un müştərilərin rahatlığı üçün təqdim etdiyi xüsusiyyətini fırıldaqçıların oğurluq məqsədi ilə istifadə etdikləri ortaya çıxıb!
Təhlükəsizlik
22.04.2024
Farid Pardashunas
Apple-ın onlayn satış mağazası olan “Apple Store”un kibercinayətkarların hədəfinə çevrildiyi müəyyən edilib. Kibercinayətkarlar oğurladıqları kredit kartları ilə Apple Store-da alış-veriş edirlərmiş.
Kibertəhlükəsizlik mütəxəssisləri kibercinayətkarların "Apple Store" mağazasını hədəfə aldıqlarını aşkar ediblər. Cənubi Koreya və Yaponiyada aparılan araşdırmalar nəticəsində məlum olub ki, Apple-ın onlayn satış mağazasında “başqası təhvil alacaq” seçimi fırıldaqçıların əlinə keçib. Apple-ın onlayn mağazasındakı "başqası təhvil alacaq" seçimi sizə sifariş verməyə və başqasının onu fiziki olaraq götürməsinə imkan verir. Bu xüsusiyyət fişinq hücumları həyata keçirən kibercinayətkarların işini bir xeyli asanlaşdırıb. Belə ki, kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən aparılan araşdırmaya görə, kibercinayətkarlar ələ keçirdikləri kredit kartı məlumatlarından istifadə edərək Apple-ın rəsmi satış saytında kredit kartı sahibləri adından bir çox məhsul sifariş edib və daha sonra “başqası təhvil alacaq” seçimindən istifadə edərək onları mağazalardan özləri götürüblər. Mütəxəssislər Cənubi Koreya və Yaponiyada fişinq hücumları sayəsində 400 min dollardan çox pulun oğurlandığını bildiriblər.
Bütün bunlar baş verərkən Apple-ın buna qarşı nə etdiyini soruşa bilərsiniz. Belə ki, kibertəhlükəsizlik mütəxəssislərinin araşdırmasına görə, Apple müvafiq ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyib. Bu səbəbdən Apple tərəfindən cihazları sıradan çıxarmaq kimi addımlar atıla bilməzdi. Bununla belə, Apple-ın haqlı olduğu bir vəziyyət də var. Araşdırmalarda daha çox Çinli kibercinayətkarların bu üsula üstünlük verdiyi müəyyən edilib. Yəni Cənubi Koreya, Yaponiya kimi ölkələrdə başladılan araşdırmaların Çində həll olunma ehtimalı kifayət qədər aşağı idi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Növbəti Apple Mac mini kompüteri M3 prosessorlarını əldə etməyəcək
Növbəti Apple Mac mini kompüteri M3 prosessorlarını əldə etməyəcək
Apple şirkəti sonuncu dəfə Mac mini kompüterini keçən ilin yanvar ayında yeniləmişdi.
iPhone 17 Pro smartfonları 2 nanometrlik prosessora sahib ilk smartfonlar olacaqlar
iPhone 17 Pro smartfonları 2 nanometrlik prosessora sahib ilk smartfonlar olacaqlar
Bir neçə il bundan öncə TSMC şirkəti bildirmişdi ki, o, 2 nanometrlik prosessorların kütləvi istehsalını 2025-ci il üçün planlaşdırır.
Apple özünün böyük dil modeli üzərində çalışır
Apple özünün böyük dil modeli üzərində çalışır
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın vermiş olduğu məlumata əsasən Apple şirkəti aktiv şəkildə özünün böyük dil modeli (Large Language Model / LLM) üzərində çalışır.
Böyük ekranlı yeni iPad Air-in ekran texnologiyası məlum olub
Böyük ekranlı yeni iPad Air-in ekran texnologiyası məlum olub
Apple şirkəti yaxın zamanda yeni iPad planşetlərini təqdim edəcək və onların arasında yeni iPad Air modeli də olacaq.
iPhone 17 Plus-ın ekranı iPhone 15 Plus-ın ekranından daha kkiçik ola bilər
iPhone 17 Plus-ın ekranı iPhone 15 Plus-ın ekranından daha kkiçik ola bilər
Apple şirkəti hələ iPhone 16 smartfon seriyasını təqdim etmədiyi bir vaxtda internetdə artıq iPhone 17 barəsində məlumatlar ortaya çıxmağa başlayır.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!