Bu il istifadəçilərin ən çox istifadə etdikləri şifrələr məlum olub
Təhlükəsizlik
20.11.2023
Emil Nəcəfov
Şifrələrin idarəsi həlləri ilə tanınan NordPass şirkəti istifadəçilərin 2023-cü ildə ən çox istifadə etdikləri şifrələrin reytinqini təqdim edib. “123456” şifrəsi yenidən reytinqin birinci pilləsində qərarlaşıb. Bu isə öz növbəsində istifadəçilərin kibertəhlükəsizlik mövzusuna necə məsuliyyətsiz yanaşdıqlarını göstərir. Keçən il reytinqin birinci yerini tutmuş “password” şifrəsi bu il yeddinci yerdə qərarlaşıb. Təqdim edilmiş reytinq istifadəçilərin sadə və etibarsız şifrələrdən istifadə etməyə davam etdiklərini göstərir. İstifadəçilər arasında ən geniş yayılmış 200 şifrənin analizi onu göstərib ki, onlardan çoxu kibercinayətkarlar tərəfindən ola biləcək sındırılma prosesinə çox həssasdırlar.
Reytinqin ilk onluğuna daxil olan “123”, “1234”, “12345”, “12345678”, “123456789”, “1234567890”, “Aa123456” və “password” kimi şifrələr kibercinayətkarlar tərəfindən saniyələr ərzində sındırıla bilər. Təbii ki, bu reytinqdə istisnalar da var. Onlardan biri də 173-cü yerdə qərarlaşmış “theworldinyourhand” şifrəsidir. Bu şifrəni praktiki olaraq ənənəvi üsullarla sındırmaq mümkün deyil. Mümkün variantlar arasından sözügedən şifrənin fərdi şəkildə tapılmasına yüzlərlə il lazım ola bilər. Təqdim edilmiş reytinq ilə yaxından bu sayt vasitəsilə tanış olmaq olar. Mütəxəssislərin fikirlərinə əsasən gələn il bu reytinqdə heç bir dəyişiklik olmayacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Android istifadəçiləri öz cihazlarına il ərzində ümumilikdə 600 milyon virus yükləyiblər
Android istifadəçiləri öz cihazlarına il ərzində ümumilikdə 600 milyon virus yükləyiblər
Kaspersky şirkətinin təqdim etmiş olduğu yeni hesabata əsasən Google Play-in təhlükəsizlik sistemindən zərərli tətbiqlərin yan keçmələri üçün dələduzlar tərəfindən istifadə edilən yeni üsullar sayəsində Android istifadəçiləri öz cihazlarına bu il ərzində ümumilikdə 600 milyon dəfə virus yükləyiblər.
Windows kompüterlər üçün nəzərdə tutulmuş yeni virus yayılır
Windows kompüterlər üçün nəzərdə tutulmuş yeni virus yayılır
İnternetdə Ghostpulse adlı yeni kompüter virusu yayılmağa başlayıb.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!