Google, dark web izləmə funksiyasını ödənişsiz edir!
Təhlükəsizlik
15.07.2024
Farid Pardashunas
Google, dark web monitorinq xidmətinin bu aydan etibarən Google hesabı olan hər kəs üçün ödənişsiz olacağını açıqlayıb. Əlavə təhlükəsizlik funksiyası üçün artıq "Google One" abunəliyi tələb olunmayacaq
Dark Web, ənənəvi axtarış sistemləri ilə giriş edilməsi çətin olan şifrələnmiş onlayn şəbəkələri ifadə edir. Bu şəbəkələr, ümumiyyətlə qeyri-qanuni fəaliyyətlər üçün istifadə olunur. Dark Web monitorinqi, sizə adınız, ünvanınız, e-poçt ünvanınız və telefon nömrəniz kimi şəxsi məlumatlarınızın internetin bu gizli künclərində olub-olmadığını öyrənməyə kömək edir. Uyğunluq aşkar edilərsə, Google sizi xəbərdarlıq edərək parolunuzu dəyişdirmək və ya oğurlanmış kredit kartınızı banka bildirmək kimi addımları təklif edir.
Google-un sözlərinə görə, dark web hesabatı istifadəçilərə onlayn mövcudluğunu qorumaq üçün "Sizinlə əlaqəli nəticələr" funksiyası ilə inteqrasiya olunub. Dark web hesabatı, istifadəçinin adı, ünvanı, telefon nömrəsi, e-poçt ünvanı kimi şəxsi məlumatların dark web-də aşkar edilmiş məlumat pozuntuları arasında olub-olmamasına nəzarət etməyə kömək edən bir xüsusiyyətdir. Sizinlə əlaqəli nəticələr funksiyası istifadəçilərə şəxsi əlaqə məlumatlarını ehtiva edən nəticələri tapmaq və axtarış nəticələrindən silmək imkanını verir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Pixel 9 smartfonlarının gövdə rəngləri və satış qiymətləri məlum olub
Google Pixel 9 smartfonlarının gövdə rəngləri və satış qiymətləri məlum olub
Google Pixel 9 smartfon seriyasının təqdimatı 13 avqust tarixində baş tutacaq.
Google Android Lollipop-un dəstəyini dayandırıb
Google Android Lollipop-un dəstəyini dayandırıb
Google zaman-zaman daha köhnə Android versiyalarının dəstəklərini dayandırır. Bu dəfə növbə Android Lollipop əməliyyat sisteminə çatıb.
WhatsApp, söhbətlərə Google Translate-i əlavə etməyi planlaşdırır!
WhatsApp, söhbətlərə Google Translate-i əlavə etməyi planlaşdırır!
WhatsApp dünyada milyonlarla istifadəçisi olması ilə yanaşı, təqdim etdiyi müxtəlif xüsusiyyətlərlə də diqqət çəkir. İndi o, istifadəçilərinin beynəlxalq ünsiyyətini daha da asanlaşdırmaq üçün Google Translate inteqrasiyasını aktivləşdirməyi planlaşdırır.
PDF konvertasiya saytlarından istifadəçilərin özəl sənədləri sızdırılıb
PDF konvertasiya saytlarından istifadəçilərin özəl sənədləri sızdırılıb
Mütəxəssislər faylların PDF formatına çevrilməsi xidmətlərini təklif edən iki saytda ciddi məlumat sızıntısını aşkar ediblər.
Hakerlər Internet Explorer üzərindən kompüterlərə yeni növ kiberhücum reallaşdırırlar
Hakerlər Internet Explorer üzərindən kompüterlərə yeni növ kiberhücum reallaşdırırlar
Hakerlər Windows-da artıq köhnəlmiş və rəsmi şəkildə deaktiv edilmiş Internet Explorer brauzeri üzərindən kiberhücuların reallaşdırılmasına hədəflənmiş yeni boşluğu aşkar ediblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ