main-post-cover

    Hakerlər mövcud şifrələrin 45%-ni 1 dəqiqəyə təyin edə bilərlər

    Təhlükəsizlik
    21.06.2024
    Emil Nəcəfov
         Kaspersky Lab şirkətinin mütəxəssisləri darknetdə aşkar edilmiş 193 milyon şifrəni bu ay analiz ediblər. Nəticədə onlar təyin ediblər ki, aşkar edilmiş şifrələrin 45%-i (87 milyon şifrə) hakerlər tərəfindən 1 dəqiqə ərzində təyin edilə bilər. Aşkar edilmiş şifrələrin çox hissəsi xüsusi alqoritmlər tərəfindən rahatlıqla oğurlana bilər. Məlumata əsasən aşkar edilmiş şifrələrin 14%-ni (27 milyon şifrə) təyin etmək üçün 1 saat, 8%-ni (15 milyon şifrə) təyin etmək üçün isə 1 sutka vaxt lazımdır.
         Məlumatda qeyd edilib ki, xüsusi alqoritmlər şifrələrdəki simvolların əvəzlənməsini aşkar edə bilirlər. Söhbət, “e”-nin “3’’, “1”-in “!” və ya “a”-nın “@” ilə əvəzlənməsindən gedir. Bununla yanaşı şifrələrin təyin edilməsində hakerlər tərəfindən istifadə edilən alqoritmlərin “qwerty” və “12345” kimi şifrə kombinasiyalarından da xəbərləri var. Bundan əlavə olaraq məlumata əsasən darknetdə aşkar edilmiş şifrələrin 25%-i olduqca qəliz şifrələrdir. Belə ki, onların təyin edilməsinə 1 ildən çox zaman sərf edilə bilər. Mütəxəssislər bildiriblər ki, analiz edilmiş şifrələrin əksəriyyətində forever, hacker, admin kimi sözlərdən və “qwerty12345”, “12345” kimi şifrə kombinasiyalarından istifadə edilib. Bunlar isə həmin şifrələrin etibarlılıq səviyyələrini aşağı salırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bir mesajla TikTok hesabının oğurlanması təhlükəsi ortaya çıxıb
    bir-mesajla-tiktok-hesabinin-ogurlanmasi-tehlukesi-ortaya-cixib
    ABŞ Milli Təhlükəsizlik Agentliyi mobil cihazlarda kiberhücumlardan qorunmaq üçün bəzi məsləhətlər verib
    abs-milli-tehlukesizlik-agentliyi-mobil-cihazlarda-kiberhucumlardan-qorunmaq-ucun-bezi-meslehetler-verib
    ABŞ Milli Təhlükəsizlik Agentliyi xəbərdarlıq edib: Telefonlarınızı yenidən başladın!
    abs-milli-tehlukesizlik-agentliyi-xeberdarliq-edib-telefonlarinizi-yeniden-basladin
    Kompüterlərdə süni zəka tətbiqi kimi maskalanan yeni virus yayılır
    komputerl
    Dövlət orqanları WhatsApp-ın gizli boşluğundan istifadə edərək istifadəçiləri izləyirlər
    dovlet-orqanlari-whatsapp-in-gizli-boslugundan-istifade-ederek-istifadecileri-izleyirler