Konfidensiallıq üçün risk: ChatGPT-nin macOS versiyası dialoqları özündə adi mətn şəklində saxlayır
Təhlükəsizlik
04.07.2024
Emil Nəcəfov
OpenAI şirkəti bir neçə müddət bundan öncə ChatGPT tətbiqinin macOS versiyasını istifadəyə verdi. Lakin bəzi istifadəçilər sözügedən tətbiqdə konfidensiallıqla bağlı narahatlıq duyduqlarını açıqlayıblar. Məsələ burasındadır ki, ChatGPT tətbiqinin macOS versiyası istifadəçi ilə çat-bot arasındakı bütün dialoqları öz sistemində adi mətn şəklində saxlayır. Bu isə öz növbəsində istifadəçilərin konfidensial məlumatlarının ortaya çıxması riskini artırır. Məlumatda qeyd edilib ki, tətbiq macOS-in standart sandbox təhlükəsizlik sistemindən istifadə etmir. Qeyd etmək lazımdır ki, sözügedən təhlükəsizlik sistemi tətbiqləri və onların məlumatlarını izolyasiya edilmiş mühitdə işə salır.
Nəticədə xüsusi icazənin təqdim edilmədiyi halda tətbiqlər sistemin digər hissələrinə keçid edə bilmirlər. Bununla yanaşı sandbox təhlükəsizlik sistemi izolyasiya edilmiş mühitdə işə salınmış tətbiq daxilində məlumatların qorunmasını təmin edir. MacOS üçün nəzərdə tutulmuş ChatGPT tətbiqinin ayarlar ilə bağlı fayllarının və tətbiq keşinin analizi zamanı məlum olub ki, çat-bot ilə olan dialoqlar adi mətn şəklində saxlanılır. Bu isə onların əldə edilməsi riskini yüksəldir. Bu fayllar Mac kompüterindən istifadə edə biləcək istənilən şəxs üçün açıqdır. Həmin faylları həmçinin digər tətbiqlər və ya zərərli proqram təminatları da əldə edə bilərlər. OpenAI bu mövzu ilə bağlı hələ fikir bildirməyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Milyonlarla iPhone tətbiqinə təsir edən təhlükəsizlik zəifliyi aşkar edilib!
Milyonlarla iPhone tətbiqinə təsir edən təhlükəsizlik zəifliyi aşkar edilib!
Yeni araşdırma, böyük və populyar proqramlar da daxil olmaqla, təxminən 3 milyon iOS və macOS tətbiqinə təsir edən zəifliyi aşkar edib.
BMW-də çalışan insanabənzər robot Figure-un videosu yayımlanıb!
BMW-də çalışan insanabənzər robot Figure-un videosu yayımlanıb!
Bu yaxınlarda Figure AI-nin insanabənzər robotu Figure 01, avtomobil nəhəngi BMW-də işləməyə başlamışdı. Şirkət, indi robotun nə etdiyinə dair qısa bir video paylaşaraq robotun gələcəyinin qısa xülasəsini göstərib.
ChatGPT, dezinformasiya verərək ABŞ prezident seçkilərini bir-birinə qarışdırıb!
ChatGPT, dezinformasiya verərək ABŞ prezident seçkilərini bir-birinə qarışdırıb!
Bu yaxınlarda süni intellekt dünyasının önəmli adlarından biri olan ChatGPT, ABŞ prezidentlik debatlarında 1-2 dəqiqə gecikmə olduğunu bildirərək səs-küyə səbəb olub.
Rəqəmsal dələduzlar arasındakı əsas trendlər açıqlanıb
Rəqəmsal dələduzlar arasındakı əsas trendlər açıqlanıb
Məşhur Dr.Web antivirusunun tərtibatçıları bu ilin ikinci rübündə ən geniş yayılmış rəqəmsal təhlükə növləri barəsində hesabatı təqdim ediblər.
Apple, süni intellekt xüsusiyyətlərinin istifadəsi üçün ödəniş tələb edə bilər!
Apple, süni intellekt xüsusiyyətlərinin istifadəsi üçün ödəniş tələb edə bilər!
Apple süni intellekt xüsusiyyətlərini pullu xidmətlər kimi təqdim etməyi planlaşdırır. Şirkətin xidmət sektoru son vaxtlar şirkətin əsas gəlir mənbəyinə çevrilib. Aparat satışlarının yavaşladığı bir dövrdə bu kimi xidmətlər, əhəmiyyətli bir çıxış yolu təqdim edir.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!