main-post-cover

    La Casa de Papel reala çevrildi: Bir ölkənin Mərkəzi Bankı hakerlər tərəfindən qarət edildi!

    Təhlükəsizlik
    29.11.2024
    Farid Pardashunas

          Uganda Mərkəzi Bankına kiber hücum təşkil edən hakerlər 16.8 milyon dollarlıq oğurluq həyata keçiriblər. Uganda polisi hadisənin araşdırılması üçün istintaq başladıb.

         Əldə edilən məlumatlara görə, hakerlər Uganda Mərkəzi Bankından 16.8 milyon dollar oğurlayıblar. Bu məbləğin bir hissəsinin Yaponiyaya köçürüldüyü müəyyən olunub. Asiya mərkəzli haker qrupunun Uganda Mərkəzi Bankının sistemlərinə necə daxil olduğu isə hələlik məlum deyil. Hadisə ilə bağlı istintaq hələ tamamlanmadığı üçün hücumun detalları məhduddur. Ancaq Uganda-dakı mənbələrin məlumatına görə, rəsmilər Uganda Mərkəzi Bankının bəzi işçiləri ilə hakerlər arasında əməkdaşlıq olmuş ola biləcəyindən şübhələnirlər. İstintaq bu iddiaların doğru olub-olmadığını ortaya qoyacaq.
         Digər tərəfdən, mənbələrə əsasən, Uganda-dakı digər bankların və telekommunikasiya şirkətlərinin də bu cür kiber hücumların qurbanı olduğu iddia edilir. Ancaq Uganda hüquq-mühafizə orqanlarının cəmiyyətdə narahatlıq yaranmaması üçün bu məsələləri gündəmə gətirmədiyi bildirilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Şimali Koreyalı hakerlər saxta şəxsiyyət vəsiqələrindən istifadə edərək milyardlarla kriptovalyuta oğurlayıblar!
    simali-koreyali-hakerler-saxta-sexsiyyet-vesiqelerinden-istifade-ederek-milyardlarla-kriptovalyuta-ogurlayiblar
    WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
    whatsapp-dan-gonderilen-toy-devetnamelerine-diqqet-edin-telefonunuz-ele-kecirile-biler
    FBI, Çin dəstəkli hakerlərin telekommunikasiya nəhənglərinin şəbəkələrinə sızaraq milyonlarla məlumatı ələ keçirdiyini təsdiqləyib!
    fbi-cin-destekli-hakerlerin-telekommunikasiya-nehenglerinin-sebekelerine-sizaraq-milyonlarla-melumati-ele-kecirdiyini-tesdiqleyib
    NVIDIA videokartlarının drayverlərində ciddi sistem boşluğu aşkar edilib
    nvidia-videokartlarinin-drayverlerinde-ciddi-sistem-boslugu-askar-edilib
    Zəngləri hakerlərə yönləndirən yeni Android virusu aşkar edilib!
    zengleri-hakerlere-yonlendiren-yeni-android-virusu-askar-edilib