main-post-cover

    Milyardlarla insanın müxtəlif platformalardakı hesab məlumatları sızdırılıb

    Təhlükəsizlik
    25.01.2024
    Emil Nəcəfov
         Security Discovery şirkətinin İT mütəxəssisləri internetdə 12 TB həcmində məlumatlar bazası aşkar ediblər. Aşkar edilmiş məlumatlar bazasının daxilində dünyanın her yerindən olan istifadəçilərin hesabları barəsində məlumatlar yerləşir. Onların arasında Telegram, X (keçmiş Twitter), VK, Adobe və digər platformaların istifadəçilərinin hesab məlumatları mövcuddur. 12 TB-lıq həcmə sahib olmaqla sözügedən məlumatlar bazası qeyri-rəsmi şəkildə “Mother Of All Breaches” adını əldə edib. Fotodan da görmək olar ki, bu məlumatlar bazası özündə bir çox platformanın istifadəçilərinin hesab məlumatlarını özündə birləşdirir.
         Mütəxəssislər bildiriblər ki, bu məlumatlar bazası daxilində yerləşən məlumatların müəyyən hissəsi daha öncə olmuş məlumat sızıntıları zamanı yığılmış məlumatlardır. Bununla belə mütəxəssislərin fikirlərinə əsasən məlumatlar bazasında yerləşən elektron poçt ünvanları məlumatlarından istifadə edərək hakerlər güclü aktivlik sərgiləyə bilərlər. Buna görə də mütəxəssislər istifadəçilərə elektron məktubların diqqətli şəkildə yoxlanılmasını, istifadə etdikləri platformalardakı hesabların şifrələrini dəyişməyi və öz hesabları üçün iki mərhələli autentifikasiya özəlliyinin aktivləşdirilməsini məsləhət görürlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple və digər brendlərin qrafik çiplərində ciddi boşluq aşkar edilib
    apple-ve-diger-brendlerin-qrafik-ciplerinde-ciddi-bosluq-askar-edilib
    Barmaq izi skanından yan keçə bilən yeni Android virus aşkar edilib
    barmaq-izi-skanindan-yan-kece-bilen-yeni-android-virus-askar-edilib
    iOS-dəki xüsusi bloklama funksiyasını hələ heç kim hack edə bilməyib
    ios-deki-xususi-bloklama-funksiyasini-hele-hec-kim-hack-ede-bilmeyib
    Şimali Koreyadakı hakerlər son 6 ildə 3 milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar
    simali-koreyadaki-hakerler-son-6-ilde-3-milyard-dollar-deyerinde-kriptovalyuta-ogurlayiblar
    Kompüter virusu aktivliyini gizlətmək üçün triqonometriyadan istifadə edir
    komputer-virusu-aktivliyini-gizletmek-ucun-triqonometriyadan-istifade-edir