main-post-cover

    Milyonlarla Android TV cihazında virus aşkar edilib!

    Təhlükəsizlik
    16.09.2024
    Farid Pardashunas

         Android TV istifadəçiləri üçün ciddi bir təhlükəsizlik təhdidi ortaya çıxıb. Antivirüs proqramı inkişaf etdiricilərinin hesabatına görə, "Android.Vo1d" adlı zərərli proqram sürətlə dünya üzrə yayılır.

         Eyni şirkət, bu günə qədər 1.3 milyon Android TV qutusunun bu zərərli proqram tərəfindən ələ keçirildiyi bildirib. Braziliya, MərakeşPakistan kimi ölkələrin bu zərərli proqramdan ən çox təsirlənən ölkələr arasında olduğu bildirilir. Lakin digər ölkələrdə də vəziyyət o qədər də parlaq deyil. Zərərli proqramdan təsirlənən istifadəçilər, cihazlarının sistem fayllarında gözlənilməz dəyişikliklərin olduğu barədə məlumat verirlər. Proqram təminatı, C&C (Command and Control) serveri tərəfindən istiqamətləndirilərək müxtəlif faylları yükləyə və işlədə bilər. Bu, cihazların kiberhücumlara qarşı həssas olmasına səbəb olur.
         Android.Vo1d virusu xüsusilə aşağıdakı modellərdə görünür:
     
    • R4: Android 7.1.2
    • TV BOX: Android 12.1
    • KJ-SMART4KVIP: Android 10.1.
         Zərərli proqram təminatının yayılmasının səbəblərindən biri Android TV qutularının əksəriyyətinin köhnə Android versiyalarından istifadə etməsidir. Təhlükəsizlik yamaları ilə yenilənməmiş bu cihazlar, zərərli proqramların hədəfinə çevrilir. Hər nə qədər cib telefonları qədər həssas məlumatları ehtiva etməsələr də, bu cihazların daim yenilənməsi böyük əhəmiyyət kəsb edir. Xüsusi olaraq, onu da qeyd edək ki, bu cihazlarda Amazon Prime Netflix kimi platformalara əlavə edilmiş kredit kartı məlumatları yer alır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Android planşetlər üçün yeni tətbiq pəncərələri funksiyası test edilir
    android-plansetler-ucun-yeni-tetbiq-pencereleri-funksiyasi-test-edilir
    Kriptovalyuta dələduzları 2023-cü ildə 5.6 milyard dollar vəsait oğurlayıblar
    kriptovalyuta-deleduzlari-2023-cu-ilde-56-milyard-dollar-vesait-ogurlayiblar
    17 yaşlı bir haker, 5 min adamın bank məlumatlarını oğurlayıb!
    17-yasli-bir-haker-5-min-adamin-bank-melumatlarini-ogurlayib
    iPhone 16-nın kamera düyməsi Android-lərə gəlir!
    iphone-16-nin-kamera-duymesi-android-lere-gelir
    Alimlər, buzlaqlarda donmuş qədim viruslar aşkar ediblər!
    alimler-buzlaqlarda-donmus-qedim-viruslar-askar-edibler