Netflix-ə Facebook Messenger istifadəçilərinin mesajlarını oxumaq imkanı verilibmiş
Təhlükəsizlik
03.04.2024
Emil Nəcəfov
Facebook istifadəçilərin konfidensiallıqlarının pozulması ilə bağlı yeni qalmaqalın mərkəzinə düşüb. Belə ki, məlum olub ki, Meta şirkəti 2011-ci ildən (həmin illərdə şirkətin adı Facebook idi) Netflix-ə Facebook istifadəçilərinin özəl mesajlarını oxumaq imkanını təqdim edib. Səbəb isə Netflix-in istifadəçilər üçün daha uyğun kontentləri məsləhət görə bilməsi idi. Keçən ilin aprel ayında Meta şirkəti ABŞ-ın iki vətəndaşı tərəfindən məhkəməyə verildi. Şirkəti məhkəməyə vermiş şəxslər Maximillian Klein və Sarah Grabert-dir. Onlar tərəfindən Meta şirkətinə qarşı qaldırılmış məhkəmə iddiasında qeyd edilib ki, Facebook ilə Netflix arasında xüsusi razılaşma var və həmin razılaşmaya əsasən sosial şəbəkə Netflix-ə Inbox API üzərindən istifadəçilərin özəl məlumatlarını əldə etmək imkanını verib.
Netflix isə öz növbəsində istifadəçilərə kontentlərlə bağlı sərgilənmiş məsləhətlər və istifadəçilərin Netflix interfeysi ilə qarşılıqlı əlaqələri mövzularında hər 2 həftədən bir Facebook-a hesabat təqdim etməli idi. Bu hesabatlar Facebook-a hədəflənmiş reklamlarda yardımçı olmalı idi. Məlumata əsasən tərəflər arasında bu razılaşmada əsas rolu həmçinin Netflix-in həmtəsisçisi Reed Hastings ilə Meta-nın təsisçisi Mark Zuckerberg arasındakı dostluq əlaqələri oynayıb. Bununla yanaşı Netflix şirkəti Meta-nın platformalarında reklamlara külli miqdarda vəsait sərf edib. Məsələn şirkət 2019-cu ildə Facebook reklamlarına 200 milyon dollar vəsait xərcləyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Birinci nəsil Oculus Quest-in dəstəyi yaxın zamanda dayandırılacaq
Birinci nəsil Oculus Quest-in dəstəyi yaxın zamanda dayandırılacaq
Meta şirkəti birinci nəsil Oculus Quest VR cihazının yaxın zamanda dəstəyinin dayandırılacağını elan edib.
Mark Zuckerberg Quest 3-ü Apple Vision Pro-dan üstün edən 7 özəlliyi sadalayıb
Mark Zuckerberg Quest 3-ü Apple Vision Pro-dan üstün edən 7 özəlliyi sadalayıb
Apple Vision Pro qarışıq reallıq cihazı satışa çıxandan sonra Meta şirkətinin CEO-su Mark Zuckerberg onu test etmək qərarına gəlib.
Meta servisləri kənar süni zəka alətləri ilə tərtib edilmiş fotoları xüsusi işarə ilə markerləyəcəklər
Meta servisləri kənar süni zəka alətləri ilə tərtib edilmiş fotoları xüsusi işarə ilə markerləyəcəklər
Meta şirkəti süni zəka tərəfindən tərtib edilmiş fotoların öz servislərində təyin edilməsi funksionalının genişləndiriləcəyini elan edib.
Proqram təminatı kodlarının tərtibatı üçün olan Code Llama böyük dil modeli təkmilləşdirilib
Proqram təminatı kodlarının tərtibatı üçün olan Code Llama böyük dil modeli təkmilləşdirilib
Meta şirkəti proqram təminatı kodlarının tərtibatı üçün nəzərdə tutulmuş Code Llama 70B adlı böyük dil modelini yeniləyib.
Netflix, Apple Vision Pro üçün tətbiq hazırlamamağının səbəbini açıqlayıb!
Netflix, Apple Vision Pro üçün tətbiq hazırlamamağının səbəbini açıqlayıb!
Bildiyimiz kimi, "Netflix" bir çox cihazlarda yer alan populyar film və serial platformalarından biridir. Lakin ötən günlərdə şirkətin "Apple Vision Pro" üçün mobil tətbiq hazırlamayacağı, hətta mobil tətbiqi uyğunlaşdırmayacağı xəbəri ortaya çıxdı. Bunun səbəbləri o zaman məlum olmasa da artıq şirkət rəsmiləri bu barədə açıqlama verməyə başlayıb.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!