Windows-un yenilənmələr mərkəzində 2 ciddi boşluq aşkar edilib
Təhlükəsizlik
13.08.2024
Emil Nəcəfov
SafeBreach şirkətinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən tədqiqatçısı Alon Levie, Windows-un yenilənmələr mərkəzində 2 yeni boşluğu aşkar edib. Aşkar edilmiş boşluqlar hakerlərə öz qurbanlarının kompüterlərindəki əməliyyat sisteminin versiyasını köhnə versiyaya geri qaytarmaq imkanını verir. Bu üsul ilə hakerlər əməliyyat sisteminin yeni versiyasında təhlükəsizlik ilə bağlı tətbiq edilmiş düzəlişləri aradan qaldıra və kiberhücum üçün mövcud boşluqlardan istifadə edə bilərlər. Bu problem Windows 10, Windows 11 və Windows Server-i əhatə edir.
Windows-un yenilənmələr mərkəzindəki yeni boşluqlardan istifadə edərək haker öz qurbanının cihazında yenicə quraşdırılmış təhlükəsizlik yenilənməsini silə bilir. Nəticədə o, təhlükəsizlik yenilənməsi sayəsində aradan qaldırılmış əvvəlki boşluqları yenidən aktual vəziyyətə gətirərək onlardan istifadə imkanını əldə edir. Bu xəbər Windows-u daimi olaraq yeniləyən və əməliyyat sisteminə yeni təhlükəsizlik yenilənmələrini quraşdıran istifadəçilər üçün heç də xoş deyil. Məlumata əsasən Microsoft mövcud problemdən bu ilin fevral ayından xəbərdar idi.
Lakin buna baxmayaraq şirkət Windows-un yenilənmələr mərkəzindəki boşluqların aradan qaldırılmasına istiqamətlənmiş sistem yenilənməsini hələ də istifadəyə verməyib. Məlumdur ki, şirkət boşluqların aradan qaldırılması üzərində artıq çalışır. Microsoft bildirib ki, Windows-un yenilənmələr mərkəzindəki boşluqların real kiberhücumlarda istifadə edildikləri barəsində hələ heç bir məlumat yoxdur. Bu boşluqların aradan qaldırılmasına istiqamətlənmiş sistem yenilənməsinin isə nə zaman istifadəyə veriləcəyi bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft Paint 3D-nin dəstəyi yaxın zamanda dayandırılacaq
Microsoft Paint 3D-nin dəstəyi yaxın zamanda dayandırılacaq
Microsoft 2017-ci ildə Windows 10 tərkibində ənənəvi Paint tətbiqinin əvəzliyicisi olmuş Paint 3D-ni istifadəyə vermişdi.
Microsoft qarışıq reallıq cihazı üzərində çalışır
Microsoft qarışıq reallıq cihazı üzərində çalışır
The Elec saytının vermiş olduğu məlumata əsasən Microsoft şirkəti Samsung Display-ə çoxlu sayda micro OLED ekranın istehsalı sifarişini verib.
Microsoft-un ləğv edilmiş Windows alternativi barəsində təqdimat materialları təqdim edilib
Microsoft-un ləğv edilmiş Windows alternativi barəsində təqdimat materialları təqdim edilib
WalkingCat ləqəbli nüfuzlu insayder Microsoft-un 2013-cü ilə təsadüf edən şirkət daxili təqdimat materiallarını təqdim edib. Təqdim edilmiş materiallara əsasən 2013-cü ildə şirkət daxilində Midori OS adlı əməliyyat sisteminin təqdimatı baş tutub.
Windows 11, bir istifadəçi tərəfindən 10 illik Intel Celeron prosessorlu noutbukda çalışdırıla bilib!
Windows 11, bir istifadəçi tərəfindən 10 illik Intel Celeron prosessorlu noutbukda çalışdırıla bilib!
Daha əvvəl Windows 11-in köhnə kompüterlərdə də sürətl şəkildə çalışdığı ortaya çıxmışdı. İndi isə Reddit-də bir istifadəçi, 10 yaşlı Intel Celeron prosessorlu noutbukunda Windows 11 quraşdırdığını və onun çox yaxşı işlədiyini bildirib.
Böyük texnoloji şirkətlər süni zəkaya ümumilikdə artıq 100 milyard dollardan çox investisiya yatırıblar
Böyük texnoloji şirkətlər süni zəkaya ümumilikdə artıq 100 milyard dollardan çox investisiya yatırıblar
Böyük texnoloji şirkətlər bu il öz xərclərini ümumi olaraq 100 milyard dollardan yüksək məbləğə kimi artırıblar. Bu isə həmin şirkətlərin keçən ilki ümumi xərclərindən 50% yüksəkdir.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!