main-post-cover

    2023-cü ildə smartfon təchizatı həcmi mövzusundakı lider brendlər məlum olub

    Cihazlar+
    16.01.2024
    Emil Nəcəfov
         IDC adlı analitik şirkəti 2023-ci ildə smartfon təchizatı həcmi mövzusunda lider brendləri təyin edib. Məlum olub ki, keçən il bu mövzuda brendlər arasında rəqabət olduqca gərgin olub və iki əsas rəqib brend 2010-cu ildən indiyənə kimi ilk dəfə reytinqdəki yerlərini dəyişiblər. Beləliklə 2023-cü ildə smartfonların təchizatı həcmi mövzusunda lider şirkət Apple olub. Belə ki, o, 234.6 milyon smartfon istehsal edərək bazarın 20.1%-nə sahib olub. İkinci yeri Samsung şirkəti tutub. Belə ki, Samsung keçən il 226.6 milyon smartfon istehsal edərək bazarın 19.4%-nə sahib olub. Maraqlısı ondadır ki, Samsung bu reytinqə Apple şirkətinə 2010-cu ildən uduzmurdu. Reytinqin üçüncü pilləsində Xiaomi qərarlaşıb. Çin şirkəti 145.9 milyon smartfon istehsal edərək bazarın 12.55%-nə sahib olub. Xiaomi-dən sonrakı iki yeri isə OPPO Transsion (Infinix, Itel və TECNO brendlərinin sahibi) şirkətləri tutublar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple App Store mağazasını iki versiyaya ayıracaq
    apple-app-store-magazasini-iki-versiyaya-ayiracaq
    Redmi brendi büdcəli Redmi A3-ü təqdim etməyə hazırlaşır
    redmi-brendi-budceli-redmi-a3-u-te
    Apple Vision Pro-da istifadə edilən M2 prosessorunun versiyası məlum olub
    apple-vision-pro-da-istifade-edilen-m2-prosessorunun-versiyasi-melum-olub
    Samsung Galaxy Y55-in fotosu ortaya çıxıb
    samsung-galaxy-y55-in-fotosu-ortaya-cixib
    iPhone 16 Pro və iPhone 16 Pro Max Qualcomm-un 5G modemini əldə edəcəklər
    iphone-16-pro-ve-iphone-16-pro-max-qualcomm-un-5g-modemini-elde-edecekler