ABŞ-da neyrointerfeysli bionik ayaq protezi yaradılıb (VİDEO)
Cihazlar+
03.07.2024
Emil Nəcəfov
Massaçusets Texnologiya Institutunun tədqiqatçıları pasientlər ilə birlikdə bionik ayaq biləyi protezini yaradıb və test ediblər. Sözügedən protez ayaq biləyinə sahib olmayan şəxsin yerdə qalan ayaq hissəsindəki əzələ daralması ilə bağlı siqnallarını qəbul edərək ayaq biləyinin çalışma alqoritmini tənzimləyir. Beləliklə ayaq biləyinə sahib olmayan şəxs bu protez vasitəsilə rahatlıqla hərəkət edə bilir. Mütəxəssislər bildiriblər ki, sözügedən protez vasitəsilə istifadəçi hətta rəqs belə edə bilər. Bədən hissələrindən hər hansınınsa amputasiyası amputasiya edilmiş hissənin çalışmasında iştirak etmiş sinir birləşmələri ilə əzələləri parçalayır. Bu əzələlər konkret hərəkətlərdən cavabdeh olan aqonistlərə və əks hərəkətləri yerinə yetirən antoqonistlərə ayrılırlar.
Massaçusets Texnologiya Institutunun mütəxəssisləri güman ediblər ki, məlumatların antoqonist əzələlərdən əldə edilməsi halında aqonistlərin amputasiyası sinir siqnalının bərpasına və protezin siqnala reaksiyasına mane olmayacaq. Bədən hissəsinin amputasiyası zamanı xüsusi tibbi müdaxilənin sayəsində antoqonist əzələlərdə neyrointerfeys yaradılır. Yaradılan neyrointerfeys öz növbəsində antoqonist əzələlərin daralması impulslarının qəbulu üçün nəzərdə tutulub. Daha sonra bu siqnallar ayaq biləyi protezi tərəfindən qəbul edilir. Antoqonist əzələlərdən qəbul edilmiş siqnallar deşifrələnərək protezin bilək hissəsindəki motorlara ötürülür. Bu isə şəxsin hərəkətini daha təbii hala salır. Massaçusets Texnologiya Institutunda düşünürlər ki, sözügedən protezin kommersiya məqsədli versiyası 5 ildən sonra hazır olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Dərman kapsulu formasında olan robotun insanlar üzərində klinik testlərinə start verilir (VİDEO)
Dərman kapsulu formasında olan robotun insanlar üzərində klinik testlərinə start verilir (VİDEO)
Endiatx adlı şirkət dərman kapsulu formasında olan PillBot adlı robotun insanlar üzərində klinik testlərinə start verib.
İnsan hərəkətlərini real zaman ərzində təkrarlayan robot hazırlanıb (VİDEO)
İnsan hərəkətlərini real zaman ərzində təkrarlayan robot hazırlanıb (VİDEO)
Stenford Universitetinin alimləri HumanPlus adlı yeni insanabənzər robotu təqdim ediblər. Sözügedən yeni robot öyrənmə bacarığına və insan hərəkətlərinin qəliz ardıcıllıqla yerinə yetirilməsi özəlliyinə sahibdir.
Yapon şirkəti 2050-ci ilə qədər kosmik lifti istifadəyə verməyi planlaşdırır
Yapon şirkəti 2050-ci ilə qədər kosmik lifti istifadəyə verməyi planlaşdırır
Yaponiyanın Obayashi adlı şirkəti 2050-ci ilə kimi kosmik lift inşa etməyi planlaşdırır. Nəzərdə tutulan kosmik lift Yer kürəsinin geosinxron orbitinə yüklərin daşınması üçün istifadə ediləcək.
Dünyanın ilk naqilsiz prosessoru hazırlanıb
Dünyanın ilk naqilsiz prosessoru hazırlanıb
Yaponiyanın 2020-ci ildən yarımkeçiricilər sahəsində fəaliyyət göstərən Premo adlı startapı unikal prosessor prototipini təqdim edib.
Yeməklərə duz tökmədən duzlu dad verə bilən "elektron qaşıq" təqdim edilib! (VİDEO)
Yeməklərə duz tökmədən duzlu dad verə bilən "elektron qaşıq" təqdim edilib! (VİDEO)
Yaponiyanın "Kirin" içki şirkəti, səhhətindəki problem səbəbindən duz istehlak edə bilməyənləri və ya sağlamlığı üçün duzdan imtina etmək istəyənləri sevindirəcək elektron qaşığını təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ