Apple gələn il iPhone-larda LTPO texnologiyasının istifadəsini genişləndirəcək
Cihazlar+
04.11.2024
Emil Nəcəfov
Verilmiş məlumata əsasən Apple şirkəti gələn il təqdim olunacaq iPhone 17 smartfonlarında LTPO texnologiyasının istifadəsini genişləndirəcək. Bu isə o deməkdir ki, təqdim olunacaq bütün iPhone 17 modellərinin ekranları 120 Hz-lik təsvir yenilənməsi dəstəyini əldə edə biləcəklər. Qeyd etmək lazımdır ki, iPhone 15 seriyası da daxil olmaqla daha öncəki iPhone seriyalarında 120 Hz-lik təsvir yenilənməsi özəlliyini yalnız iPhone Pro və iPhone Pro Max modelləri əldə ediblər.
Qeyd etmək lazımdır ki, LTPO texnologiyası təsvir yenilənməsinin 1 Hz-ə kimi ayarlanması imkanı sayəsində smartfon ekranında kontentin daha axıcı əks olunmasına və üstəlik ekranın enerji sərfiyyatının aşağı salınmasına şərait yaradır. Hətta büdcəli Android smartfonlarda belə yüksək təsvir yenilənməsi özəlliyinin olmasına baxmayaraq Apple hələ də bu özəlliyi yalnız premium iPhone modellərində reallaşdırır. Bu üsul ilə şirkət adi iPhone modelləri ilə daha üst səviyyə iPhone modelləri arasındakı fərqi artırır. Lakin görünür, gələn il təqdim olunacaq iPhone 17 smartfon seriyasında bu vəziyyət dəyişəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple Vision Pro-nun daha premium versiyası hazırlanır
Apple Vision Pro-nun daha premium versiyası hazırlanır
Ming-Chi Kuo adlı məşhur analitik Apple şirkətinin daha aşağı qiymətə satılacaq Vision Pro modeli barəsində yeni təfərrüatları təqdim edib.
Yaxın zamanlarda Android və iOS arasında fayl transferi asanlaşa bilər!
Yaxın zamanlarda Android və iOS arasında fayl transferi asanlaşa bilər!
Android cihazlar arasında sürətli fayl paylaşımı imkanı verən Quick Share, Windows-dan sonra iOS və macOS-a da gələ bilər.
Apple-ın TikTok-a gizli şəkildə təzyiq göstərdiyi məlum olub!
Apple-ın TikTok-a gizli şəkildə təzyiq göstərdiyi məlum olub!
ABŞ-da TikTok-a qarşı açılmış məhkəmə işi ilə bağlı sənədlər səhvən paylaşılıb. Bu sənədlərdə Apple-ın TikTok üzərindəki təzyiqlərindən bəhs edilib. Bəs Apple bunu niyə edib?
Apple M4 Max prosessoru Geekbench testlərindən keçib
Apple M4 Max prosessoru Geekbench testlərindən keçib
Apple şirkətinin M4 Pro prosessorundan sonra M4 Max prosessoru da Geekbench testlərindən keçib. Daha öncə də gözlənildiyi kimi M4 Max prosessoru Apple şirkətinin ən güclü prosessoru olub.
Apple M4 Pro prosessoru Geekbench testlərindən keçib
Apple M4 Pro prosessoru Geekbench testlərindən keçib
Dünən Apple şirkəti M4 prosessorları vasitəsilə çalışan yeni MacBook Pro modellərini təqdim etdi. Onların arasında M4, M4 Pro və M4 Max prosessorları var. İndi isə məlum olub ki, M4 Pro prosessoru Geekbench testlərindən keçib.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!