Apple şirkəti Vision Pro 2-nin hazırlanma prosesini dayandırıb
Cihazlar+
20.06.2024
Emil Nəcəfov
Fevral ayının əvvəlində Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazı olan Vision Pro satışa çıxdı. Daha öncə isə məlumat ortaya çıxmışdı ki, şirkət artıq Vision Pro 2 üzərində çalışır. Lakin görünür, Vision Pro 2-ni yaxın illərdə gözləmək lazım deyil. Belə ki, The Information saytının vermiş olduğu məlumata əsasən Apple şirkəti Vision Pro 2-nin hazırlanma prosesini müəyyən müddətlik dayandırmaq qərarına gəlib.
Məlumatda qeyd edilib ki, şirkət Vision Pro 2 üzərində çalışan komandanı ixtisar edib və qarışıq reallıq cihazı üçün nəzərdə tutulmuş komponentlərdən birinin istehsalçısına Vision Pro 2 üzərində işlərin dayandırıldığını bildirib. The Information saytı bildirib ki, Vision Pro 2 əvəzinə Apple şirkəti öz diqqətini hal-hazırda aktual olan Vision Pro-nun daha ucuz versiyasına yönləndirib. Gözləntilərə əsasən qarışıq reallıq cihazının daha ucuz versiyası Vision Pro-nun bəzi özəlliklərini əldə etməyəcək və onun gövdəsi daha sadə materiallardan təşkil ediləcək. Gözləntilərə əsasən Vision Pro-nun daha ucuz versiyasının qiyməti 1500$-dan start götürəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple Watch Series 10 smart saatı barəsində məlumatlar təqdim edilib
Apple Watch Series 10 smart saatı barəsində məlumatlar təqdim edilib
Apple şirkətinin bu il Apple Watch Series 10 smart saatını təqdim edəcəyi gözlənilir.
Apple öz əsas cihazlarını daha nazik gövdə ilə təmin etməyi hədəfləyib
Apple öz əsas cihazlarını daha nazik gövdə ilə təmin etməyi hədəfləyib
Apple keçən ay M4 prosessorlu iPad Pro 2024 planşetini təqdim etdi. Nəticədə iPad Pro 2024 modeli iPad tarixinin ən nazik modeli olmaqla yanaşı Apple tarixinin də ən nazik cihazı oldu.
HarmonyOS Çində iOS-dən daha məşhur olub
HarmonyOS Çində iOS-dən daha məşhur olub
Bir neçə il bundan öncə Huawei şirkəti ABŞ sanksiyalarına cavab olaraq özünün HarmonyOS adlı əməliyyat sistemini yaratdı. İndi isə məlum olub ki, sözügedən əməliyyat sistemi Çindən iOS-dən daha məşhurdur.
Keçən ilki iOS 17 və iPadOS 17-nin istifadəçilər arasında nə dərəcədə məşhur olduqları sərgilənib
Keçən ilki iOS 17 və iPadOS 17-nin istifadəçilər arasında nə dərəcədə məşhur olduqları sərgilənib
Apple şirkəti bir neçə gün bundan öncə iOS 18 və iPadOS 18 əməliyyat sistemlərini təqdim etdi. Bu yeni əməliyyat sistemlərinin stabil versiyaları ilin sonuna kimi istifadəyə verilməlidir.
Apple brendinin dəyəri 1 trilyon dolları keçib
Apple brendinin dəyəri 1 trilyon dolları keçib
Bazar dəyəri fəaliyyətdə olan hər hansısa şirkətin uğurunun qiymətləndirilməsi üçün istifadə edilən yeganə üsul deyil. Belə ki, dünyanın ən bahalı brendləri kimi reytinq mövcuddur.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!