main-post-cover

    Büdcəli Samsung Galaxy F06 5G təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    13.02.2025
    Emil Nəcəfov
         Samsung şirkəti Galaxy F seriyasının yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Galaxy F06 5G-dən gedir. Samsung-un bu yeni smartfonu yastı gövdə dizaynını və müvafiq olaraq yastı ekranı əldə edib. Smartfonun ekranı üzərində ön kamera üçün damcı formalı çıxıntı yerləşir. Arxa paneldə isə oval formalı kamera sahəsi mövcuddur.
         Galaxy F06 5G smartfonu 60 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.7 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 800 nit təşkil edir. Smartfon MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və 4/6 GB RAM ilə 128 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir.
         Batareyaya gəldikdə, isə Galaxy F06 5G smartfonu 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.Smartfon qutudan Android 14-ü əldə edib. Samsung bildirib ki, bu yeni smartfon 4 illik Android və 4 illik təhlükəsizlik dəstəyinə sahib olacaq. Galaxy F06 5G artıq satışa çıxıb və onun qiyməti 109$-dan start götürür.
    Mənbə: GSMarena
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy A26 5G-nin barəsində yeni məlumatlar ortaya çıxıb
    samsung-galaxy-a26-5g-nin-baresinde-yeni-melumatlar-ortaya-cixib
    Samsung Galaxy Z Fold 7 şirkətin ən nazik gövdəli qatlana bilən smartfonu ola bilər
    samsung-galaxy-z-fold-7-sirketin-en-nazik-govdeli-qatlana-bilen-smartfonu-ola-biler
    Nazik gövdəli Samsung Galaxy S25 Edge smartfonu Geekbench testlərindən keçib
    nazik-govdeli-samsung-galaxy-s25-edge-smartfonu-geekbench-testlerinden-kecib
    İnsayderlər Samsung Galaxy A06 5G-nin texniki imkanlarını açıqlayıblar
    insayderler-samsung-galaxy-a06-5g-nin-texniki-imkanlarini-aciqlayiblar
    Məşhur insayder Samsung Galaxy A56-nın yeni render fotosunu təqdim edib
    meshur-insayder-samsung-galaxy-a56-nin-yeni-render-fotosunu-teqdim-edib