main-post-cover

    Geekbench sayəsində Samsung Galaxy A35-in hansı prosessora sahib olacağı məlum olub

    Cihazlar+
    15.02.2024
    Emil Nəcəfov
         Biz artıq dəfələrlə məlumat vermişik ki, Samsung şirkəti Galaxy A35 smartfonunun təqdimatına hazırlaşır. İndi isə sözügedən smartfonun Geekbench testlərindən keçdiyi məlum olub. Bunun sayəsində smartfonun bəzi özəllikləri ortaya çıxıb. Beləliklə Geekbench məlumatlarına əsasən Galaxy A35 smartfonu Exynos 1380 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Galaxy A54, M54 F54 smartfonları da bu prosessor vasitəsilə çalışırlar. Geekbench testlərindən Galaxy A35-in 8 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı məlum olub ki, smartfon qutudan Android 14-ü əldə edəcək. Galaxy A35 Geekbench-in bir nüvəli testi çərçivəsində 1020 xal, çox nüvəli testi çərçivəsində isə 2973 xal toplayıb. Gözləntilərə əsasən smartfon yaz fəslinin əvvəlində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy F15 5G-nin render fotosu təqdim edilib
    samsung-galaxy-f15-5g-nin-render-fotosu-teqdim-edilib
    Samsung Galaxy F15 5G təqdimata hazırlaşır
    samsung-galaxy-f15-5g-teqdimata-hazirlasir
    Samsung Galaxy M15 5G-nin texniki özəlliklərindən biri məlum olub
    samsung-galaxy-m15-5g-nin-texniki-ozelliklerinden-biri-melum-olub
    Samsung 2 nanometrlik prosessorların istehsalı ilə məşğul olacaq
    samsung-2-nanometrlik-prosessorlarin-istehsali-ile-mesgul-olacaq
    Samsung Galaxy S23 smartfonlarının süni zəka funksiyalarını nə zaman əldə edəcəkləri açıqlanıb
    samsung-galaxy-s23-smartfonlarinin-suni-zeka-funksiyalarini-ne-zaman-elde-edecekleri-aciqlanib