Google Pixel 8a-nın vacib texniki özəlliklərindən biri məlum olub
Cihazlar+
14.02.2024
Emil Nəcəfov
Google şirkəti yaxın aylar ərzində Pixel 8a smartfonunu təqdim etməlidir. Məlum olub ki, Google Pixel 8a smartfonu Avropanın UL Demko adlı tənzimləyici orqanının məlumatlar bazasında ortaya çıxıb. Bunun sayəsində smartfonun vacib texniki göstəricilərindən biri məlum olub. Söhbət, onun batareya həcmindən gedir. Beləliklə ortaya çıxmış məlumata əsasən Pixel 8a smartfonu 4942 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Pixel 7a smartfonu özündə 4385 mAh enerji tutumlu batareyanı birləşdirir. Pixel 8a-nın may ayında baş tutacaq Google I/O 2024 konfransı çərçivəsində təqdim olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Gemini çat-botunu qulaqlıqlarda istifadəyə verəcək
Google Gemini çat-botunu qulaqlıqlarda istifadəyə verəcək
Keçən həftə Google öz süni zəka əsaslı çat-botunun adını Bard-dan Gemini-yə dəyişdi.
Google istifadəçiləri dələduz tətbiqlərdən qoruyacaq
Google istifadəçiləri dələduz tətbiqlərdən qoruyacaq
Google şirkəti özünün Play Protect servisinin iatifadəyə veriləcək yeni funksiyasından danışıb.
Google Pixel 9 smartfonlarından biri Geekbench testlərindən keçib
Google Pixel 9 smartfonlarından biri Geekbench testlərindən keçib
Tokay kod adına sahib yeni Google Pixel smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon öz performansını sərgiləyib və öz tərkibində olan yeni Google Tensor prosessorunun özəlliklərini ortaya çıxarıb.
Google şirkəti Pixel Tablet 2 planşeti üzərində çalışır
Google şirkəti Pixel Tablet 2 planşeti üzərində çalışır
Dünən xəbər verildi ki, Google şirkəti qatlana bilən Pixel Fold 2 smartfonu üzərində çalışır. Lakin görünür, bu, şirkətin hazırladığı yeganə yeni hardware məhsul deyil.
Google öz çat-botunun adını dəyişdi və onun Android tətbiqini istifadəyə verdi
Google öz çat-botunun adını dəyişdi və onun Android tətbiqini istifadəyə verdi
Google öz süni zəka texnologiyalarının rebrendinqini anons edib. Beləliklə şirkətin bütün süni zəka texnologiyaları bundan sonra Gemini adı altında təqdim olunacaqlar.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!