main-post-cover

    Google şirkətinin növbəti qatlana bilən smartfonu Pixel 9 seriyasına daxil olacaq

    Cihazlar+
    16.04.2024
    Farid Pardashunas
         Google şirkəti keçən ilin yay fəslində qatlana bilən Pixel Fold smartfonunu təqdim etmişdi. İndi isə şirkət öz yeni qatlana bilən smartfonu üzərində çalışır. Lakin görünür, şirkət yeni qatlana bilən smartfonunun adında kiçik bir dəyişiklik edəcək. Belə ki, insayderlərin vermiş olduqları məlumata əsasən Google şirkətinin növbəti qatlana bilən smartfonu bu il təqdim olunacaq Pixel 9 smartfon seriyasına daxil olacaq. Bu isə o deməkdir ki, smartfon Pixel 9 Fold adlanacaq. Beləliklə Pixel 9 seriyasında ümumilikdə 4 smartfon olacaq. Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL və Pixel 9 Fold. Gözləntilərə əsasən Pixel 9 Fold smartfonu 8.02 düym daxili ekranla və 6.29 düym xarici ekranla təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Pixel Fold 7.6 düym daxili ekrana və 5.8 düym xarici ekrana sahibdir. Bununla yanaşı smartfonun Tensor G4 prosessoru vasitəsilə çalışacağı güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Pixel 8a-nın sahib olacağı bütün gövdə rənglərində fotoları təqdim edilib
    google-pixel-8a-nin-sahib-olacagi-butun-govde-renglerinde-fotolari-teqdim-edilib
    Google Pixel 8a-nın yeni real fotoları ortaya çıxıb
    google-pixel-8a-nin-yeni-real-fotolari-ortaya-cixib
    Google Pixel 8a şirkətin reklamında ortaya çıxıb (VİDEO)
    google-pixel-8a-sirketin-reklaminda-ortaya-cixib-video
    Android 15-də smartfon ekranının yeni çalışma rejimi istifadəyə veriləcək
    android-15-de-smartfon-ekraninin-yeni-calisma-rejimi-istifadeye-verilecek
    Google Pixel 8a-nın əsas texniki göstəriciləri və satış qiyməti ortaya çıxıb
    google-pixel-8a-nin-esas-texniki-gostericileri-ve-satis-qiymeti-ortaya-cixib