main-post-cover

    Honor Magic 6 Lite smartfonu təqdim olunub

    Cihazlar+
    05.12.2023
    Emil Nəcəfov
         Honor şirkəti əsas Honor Magic 6 smartfonlarının təqdimatlarını gözləmədən Honor Magic 6 Lite modelini təqdim edib. Honor Magic 6 Lite balanslaşdırılmış texniki imkanları, 108 MP-lik əsas arxa kamerası və keyfiyyətli ekranı ilə seçilir. Beləliklə Honor Magic 6 Lite smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.78 düym AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
         Smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə Honor Magic 6 Lite smartfonu Snapdragon 6 Gen 1 prosessoru, 8 GB RAM, 256 GB daxili yaddaş həcmi, 108 MP + 5 MP + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 35 vatt gücündə sürətli şarj texnologiyalı 5300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor Magic 6 Pro Android 13 vasitəsilə çalışır. Smartfon bu ayın sonunda satışa çıxacaq. Onun satış qiyməti barəsində məlumat isə daha sonra veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor Magic 6 Pro-ya aid olduğu iddia edilən foto ortaya çıxıb
    honor-magic-6-pro-ya-aid-oldugu-iddia-edilen-foto-ortaya-cixib
    Honor X50 GT-nin yenilənmiş versiyası təqdimata hazırlaşır
    honor-x50-gt-nin-yenilenmis-versiyasi-teqdimata-hazirlasir
    Honor qlobal bazarda Honor X7b smartfonunu təqdim edib - QİYMƏTİ
    honor-qlobal-bazarda-honor-x7b-smartfonunu-teqdim-edib-qiymeti
    Honor Çinin qatlana bilən smartfonlar bazarının liderinə çevrilib
    honor-cinin-qatlana-bilen-smartfonlar-bazarinin-liderine-cevrilib
    Honor Magic 6-nın vacib texniki imkanlarından biri məlum olub
    honor-magic-6-nin-vacib-texniki-imkanlarindan-biri-melum-olub