main-post-cover

    Honor Magic 6 smartfonunun ön paneli sərgilənib

    Cihazlar+
    29.12.2023
    Emil Nəcəfov
         Honor şirkəti Çinin Weibo adlı sosial şəbəkəsində təqdimata hazırlaşan Honor Magic 6-nın ön panelinin fotosunu təqdim edib. Təqdim edilmiş fotoya əsasən smartfon Honor Magic 5-dən bir qədər fərqlənəcək. Fotodan da görmək olar ki, Honor Magic 6-nın ekranının yuxarı mərkəz hissəsində oval formalı çıxıntı, həmin çıxıntının daxilində isə iki ədəd ön kamera yerləşəcək. Bununla yanaşı smartfonun ekranı hər dörd tərəfdən əyilmiş dizaynda reallaşdırılacaq. Qeyd etmək lazımdır ki, Honor Magic 6-nın 2K keyfiyyətli ekran ilə təchiz olunacağı və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Honor Magic 6 smartfon seriyasının təqdimatı 10 yanvar tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor X50 Pro smartfonu təqdim edilib - QİYMƏTİ
    honor-x50-pro-smartfonu-teqdim-edilib-qiymeti
    Honor X50 GT smartfonunun hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə məlum olub
    honor-x50-gt-smartfonunun-hansi-prosessoru-elde-edeceyi-resmi-sekilde-melum-olub
    Məşhur insayder Honor X50 GT-nin bəzi texniki göstəricilərini açıqlayıb
    meshur-insayder-honor-x50-gt-nin-bezi-texniki-gostericilerini-aciqlayib
    Honor X50 GT smartfonunun təqdimatı anons edilib
    honor-x50-gt-smartfonunun-teqdimati-anons-edilib
    Honor özünün peyk rabitəsi texnologiyasını anons edib
    honor-ozunun-peyk-rabitesi-texnologiyasini-anons-edib