HONOR X9b rəsmi olaraq Azərbaycanda təqdim edildi!
Cihazlar+
15.12.2023
Emil Nəcəfov
Bir neçə ay öncə xarici bazarda təqdim edilən HONOR X9b cihazı ötən günlərdə Azərbaycan bazarına da rəsmi olaraq giriş etdi. 650 manat qiymət ətrafında dəyişən bu cihazın ekranından tutmuş batareya göstəricilərinə kimi bir çox diqqət çəkən xüsusiyyətləri istifadəçiləri tərəfindən xoş qarşılanmağı bacardı. Çünki HONOR brendi 360 dərəcə qorumalı və möhkəm zərbələrə qarşı davamlı ekran ilə yanaşı incə gövdə daxilinə 5800 mAh tutumlu batareyanı yerləşdirməyi bacarıb. Məhz ekranın bu cür möhkəm olmasına görə HONOR X9b smartfon sənayesində bir ilk olan İsveçrə SGS tərəfindən 5 ulduzlu düşmə müqaviməti sertifikatına sahibdir. Şirkət bununla da kifayətlənməyərək ekranı 1.5K əksetmə qabiliyyətinə sahib, 1200 nit parlaqlığa kimi qalxa bilən Amoled ekran paneli ilə təchiz edib. Cihazın batareyası da həmçinin tərifə layiq sözlərə sahibdir. Çünki HONOR brendinin “super davamlı” olaraq adlandırdığı bu batareya 3 illik istifadədən sonra yeni kimi qala bilir. Yəni 1000 dəfə şarja taxıb-çıxarılsa belə batareyanın ömrünün 80%-dən çoxu sağlam olaraq qalır. Bu gücdə olan bir batareya isə enerjisini 35Vt sürətli doldurmaya malik adapterdən alır.
Yaddaş tərəfində HONOR X9b cihazı 8GB və 16GB olmaqla 2 fiziki RAM seçimi ilə birlikdə istifadəçilərə təqdim edilir. Əlavə olaraq 8GB artırıla bilən virtual RAM xüsusiyyəti də cihazın daxilində yer alır. Daxili yaddaş tərəfində isə bu seçim 256GB olmaqla sabit qalır.
Cihaz performansını Snapdragon şirkətinin keçən il təqdim etdiyi 4 nm arxitekturaya sahib 6 Gen 1 prosessorundan alır. Bu prosessor kağız üzərində ən güclü çipset sayılmasa da gündəlik işlərdə çox yaxşı bir performans göstərməyi bacarır. Bu çipseti isə oyunlarda Adreno 710 qrafik prosessoru dəstəkləyir.
Arxa tərəfdə yerləşən üçlü dairəvi kamera blokunun kənarları üzük formasında olan çıxıntılı çərçivə ilə örtülüb. Bu kameralar uyğun olaraq əsas, ultra geniş və makro kameralarıdır. Əsas kamera 108 MP çəkiliş keyfiyyətinə və f/1.8 diafraqma açıqlığına sahibdir. 108 meqapiksellik kamera sensoru fotolardakı dərin detalları aydın şəkildə seçməyə imkan verir. Hətta bəzən uzaqdakı hər hansı bir obyekti çəkmək lazım gələrsə ortaya çox yaxşı nəticələr çıxarmağı da bacarır. Rəngləri isə soldurmadan foto daxilinə işləyə bilir. Video tərəfində isə burada ən azından 1080p 60 FPS dəyərini görə bilmirik. Yalnız OIS dəstəyi olmadan 4K 30 FPS və ya 1080p 30 FPS video çəkilişlər etmək mümkündür. Aşağıda açıq havada çəkilən bəzi foto nümunələrini də görə bilərsiniz.
Əsas kamera ilə həmçinin gecə rejimində də çəkilişlər etmək mümkündür. Fotolarda rəng qarışıqlığı və ya işıq əksetmələri kimi problemlər yaşanmır. Lakin gecə rejimi ilə çəkilişlər edərkən nisbətən daha çox işığa ehtiyac yaranır. Çünki tam qaranlıq vəziyyətlərdə bəzən fotolor daha aydın olmaya bilir. Lakin edilən foto testlərində aşağıdakı şəkillərdən də gördüyünüz kimi pis nəticələr vermədi.
Ultra geniş kamerası 5 MP-lik çəkiliş keyfiyyətinə və f/2.2 diafraqma açıqlığına sahibdir. Çəkiliş keyfiyyəti yüksək olmasa da qiymətinə görə orta nəticə verir. Bəzən daha geniş fotolar çəkmək lazım gələrsə işə yaraya bilər. Lakin peşəkar çəkilişlər üçün əlverişli deyil. Makro kamerasına da həmçinin bu sözləri aid etmək olar. Çünki daha yaxından fotolar çəkərkən fokusu düzgün tutmaq və işığı doğru ayarlamaq lazım olur. Ani olaraq hər hansısa bir obyekti çəkməli olsanız istədiyiniz nəticəni verməyə bilər. Yaxşı nəticə almaq üçün biraz daha detallara enməli olursunuz. Onu da qeyd edək ki, makro kamerası 2 MP çəkiliş keyfiyyətinə və f/2.4 diafraqma açıqlığına sahibdir. Bir sözlə demək lazım gələrsə bu smartfonda ən yaxşı işgörən əsas kameradır.
Cihazın ön kamerası f/2.5 diafraqma genişliyinə malik 16 MP-lik bir kamera sensoru ilə birlikdə gəlir. Qiymətinə görə çəkiliş keyfiyyəti olduqca yaxşıdır. Tək ehtiyac duyduğu amil isə işığın yetərincə olmasıdır. Bu zaman istər studiya da, istərsə də açıq havada ortaya mükəmməl fotolar çıxarmaq olur. Bəzi smartfonlar kimi üzü çox rəngləmir. Rəngləri də həmçinin canlı olaraq qeydə ala bilir. Ön kameranın tək mənfi tərəfi isə portret rejimində çəkilişlər edərkən bəzən işıq partlamalarının yaranmasıdır. Gecə çəkilişlərində isə az öncə də qeyd etdiyimiz kimi biraz işığın olması kifayətdir ki, istədiyiniz fotonu yaxalaya biləsiniz. Əks halda nisbətən daha qaranlıq fotolarla üzləşməli olacaqsınız. Ön kameranın video tərəfi də həmçinin 1080p 30 FPS kadr sürəti ilə kifayətlənir. Aşağıda ön kamera ilə həm normal işıqlı məkanlarda, həm də qaranlıq məkanlarda çəkilmiş foto nümunələrini görə bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Honor şirkəti yeni planşeti Honor Pad 9-un təqdimatını anons edib
Honor şirkəti yeni planşeti Honor Pad 9-un təqdimatını anons edib
Honor şirkəti artıq Honor 90 GT smartfonunun təqdimatını rəsmi şəkildə anons edib.
Honor 90 GT-nin təqdimatı rəsmi şəkildə anons edilib
Honor 90 GT-nin təqdimatı rəsmi şəkildə anons edilib
Son bir neçə həftə ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Honor şirkəti sonunda Honor 90 GT smartfonunun təqdimatını anons edib.
Honor şirkəti Porsche Design ilə birgə öz smartfonlarının xüsusi versiyalarını hazırlayacaq
Honor şirkəti Porsche Design ilə birgə öz smartfonlarının xüsusi versiyalarını hazırlayacaq
Honor şirkəti premium brend hesab edilən Porsche Design ilə əməkdaşlıq etdiyini elan edib.
Honor 90 GT və Honor X50 GT smartfonları gələn həftə təqdim oluna bilərlər
Honor 90 GT və Honor X50 GT smartfonları gələn həftə təqdim oluna bilərlər
Artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Honor şirkəti yaxın zamanda Honor 90 GT və Honor X50 GT smartfonlarını təqdim etməlidir.
Məşhur insayder Honor Magic 6 Pro-nun kamera imkanlarından xəbər verib
Məşhur insayder Honor Magic 6 Pro-nun kamera imkanlarından xəbər verib
Digital Chat Station ləqəbli məşhur insayder hələ təqdim edilməmiş Honor Magic 6 smartfon seriyasına daxil olacaq Magic 6 Pro-nun kamera imkanları barəsində məlumat verib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!