Huawei Mate 60 Pro-nun uğurlu olması Çin şirkətlərinin dəyərlərinin yüksəlməsinə səbəb olub
Cihazlar+
18.10.2023
Emil Nəcəfov
Görünür, Huawei Mate 60 Pro smartfonunun satışa çıxması düşünüldüyündən daha əlamətdar hadisə imiş. Məsələ burasındadır ki, Huawei Mate 60 Pro smartfonu iPhone 15 smartfonlarının satışlarını geridə qoymaqla yanaşı həmçinin Huawei şirkətinin partnyorlarının səhmlərinin ümumi dəyərlərini də yüksəldib. Bloomberg saytının verdiyi məlumata əsasən Huawei Mate 60 Pro-nun satışa çıxması nəticəsində şirkətin 32 təchizatçısının bazar dəyəri ümumilikdə 34 milyard dollara yüksəlib.
Məsələn Kirin 9000s prosessorunun istehsalı ilə məşğul olan SMIC şirkətinin səhmlərinin ümumi dəyəri smartfonların satışa çıxmalarından sonra 12% yüksəlib. Elektromobil istehsalı mövzusunda Huawei şirkətinin partnyoru olan Seres Group Co. şirkətinin fond birjasındakı dəyəri 2 dəfə yüksəlib. Proqram təminatının hazırlanması ilə məşğul olan Isoftstone Information Technology Group Co. adlı şirkətin səhmlərinin ümumi dəyəri isə 60% yüksəlib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!