main-post-cover

    Huawei Mate 70 smartfon seriyasının təqdimatı rəsmi şəkildə anons edilib

    Cihazlar+
    18.11.2024
    Emil Nəcəfov
         Huawei şirkəti Mate 70 smartfon seriyasının təqdimatını rəsmi şəkildə anons edib. Şirkətin təqdim etmiş olduğu posterə əsasən Mate 70 smartfonları 26 noyabr tarixində Çində təqdim olunacaqlar. Bununla yanaşı şirkət əlavə foto vasitəsilə Mate 70-in xarici görünüşünü də sərgiləyib. Əlavə fotoda smartfonun yalnız arxa paneli əks olunub. Fotodan da görmək olar ki, smartfon kənarları yuvarlaq formada olan gövdə dizaynını əldə edəcək və onun arxa panelində dairəvi kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 3 ədəd kamera mövcud olacaq. Qeyd etmək lazımdır ki, Mate 70 smartfonları Kirin prosessoru vasitəsilə çalışmalıdırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei MatePad 13.2 planşetinin davamçısı təqdimata hazırlaşır
    huawei-matepad-132-plansetinin-davamcisi-teqdimata-hazirlasir
    ƏN TƏLƏBKAR İSTİFADƏÇİLƏR ÜÇÜN İDEAL SMARTFONLAR: HUAWEI PURA70 VƏ PURA70 PRO
    en-telebkar-istifadeciler-ucun-ideal-smartfonlar-huawei-pura70-ve-pura70-pro
    Təqdimata hazırlaşan Huawei Mate 70-in texniki imkanları ilə bağlı yeni təfərrüatlar təqdim edilib
    teqdimata-hazirlasan-huawei-mate-70-in-texniki-imkanlari-ile-bagli-yeni-teferruatlar-teqdim-edilib
    Məşhur insayder Huawei Mate 70 seriyasının təqdimat tarixini açıqlayıb
    meshur-insayder-huawei-mate-70-seriyasinin-teqdimat-tarixini-aciqlayib
    Huawei Mate 70 smartfonlarının arxa panel dizaynları məlum olub
    huawei-mate-70-smartfonlarinin-arxa-panel-dizaynlari-melum-olub