main-post-cover

    Huawei P70 smartfonları Geekbench testlərindən keçiblər

    Cihazlar+
    01.04.2024
    Emil Nəcəfov
         Yaxın zamanda Huawei şirkətinin özünün P70 smartfon seriyasını təqdim edəcəyi gözlənilir. İndi isə məlum olub ki, bu seriyaya daxil olacaq 3 model Geekbench testlərindən keçib. Geekbench testlərində smartfonlar AL10, AL80 AL00 model nömrələri kimi qeyd edilib. Güman olunur ki, AL10 model nömrəsi altında adi Huawei P70 modeli, AL80 model nömrəsi altında Huawei P70 Pro modeli, AL00 model nömrəsi altında isə Huawei P70 Art modeli dayanır.
         Beləliklə AL10 model nömrəsinə sahib smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1243 xal, çox nüvəli testi çərçivəsində isə 3840 xal toplayıb. AL80 model nömrəsinə sahib smartfon öz növbəsində müvafiq olaraq 1348 xal 4114 xal toplayıb. AL00 model nömrəsinə sahib smartfona gəldikdə isə o, müvafiq olaraq 1784 xal 4589 xal toplayıb. Güman olunur ki, adi Huawei P70 ilə P70 Pro smartfonları Kirin 9000S prosessoru, Huawei P70 Art smartfonu isə tamamilə yeni Kirin prosessoru vasitəsilə çalışacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei P70 smartfon seriyası yaxın günlərdə təqdim oluna bilər
    huawei-p70-smartfon-seriyasi-yaxin-gunlerde-teqdim-oluna-biler
    Huawei FreeBuds Lipstick 2 naqilsiz qulaqlığı təqdimata hazırlaşır
    huawei-freebuds-lipstick-2-naqilsiz-qulaqligi-teqdimata-hazirlasir
    Huawei Band 9 smart qolbağı təqdim edilib
    huawei-band-9-smart-qolbagi-teqdim-edilib
    Huawei nova 12 smartfon seriyasının qlobal versiyasının təqdimatı anons edilib
    huawei-nova-12-smartfon-seriyasinin-qlobal-versiyasinin-teqdimati-anons-edilib
    Huawei Band 9 smart qolbağının yeni fotoları təqdim edilib
    huawei-band-9-smart-qolbaginin-yeni-fotolari-teqdim-edilib