main-post-cover

    Huawei P70 smartfonlarından birinin arxa kamera dizaynı təsdiqlənib

    Cihazlar+
    24.01.2024
    Emil Nəcəfov
         Huawei şirkəti yaxın aylar ərzində P70 smartfon seriyasını təqdim edəcək. Sözügedən seriyaya daxil olacaq modellərdən birinin arxa kamera sahəsinin dizaynını əks etdirən foto ortaya çıxıb. Bununla yanaşı insayderlər Huawei P70 smartfonlarının əsas arxa kameraları barəsində məlumatlar veriblər. Beləliklə ortaya çıxmış fotoya əsasən P70 smartfonlarından birinin arxa kamera sahəsi üçbucaq dizaynına sahib olacaq.
         Fotoda əks olunmuş detal daxilində 3 ədəd dairəvi sahənin olması smartfonun üçlü arxa kamera ilə təchiz olunacağına işarə edir. İnsayderlər bildiriblər ki, adi P70 və P70 Pro modelləri 1/1.3 düym optik formatına sahib OmniVision OV50H adlı kamera obyektivini əldə edəcəklər və bu kamera obyektivi dəyişkən diafraqmaya sahib olacaq. Huawei P70 Art modeli isə Sony IMX989 adlı əsas arxa kameranı əldə edəcək.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei P70 smartfonlarının bəzi tenxiki imkanları açıqlanıb
    huawei-p70-smartfonlarinin-bezi-tenxiki-imkanlari-aciqlanib
    Huawei HarmonyOS NEXT mobil əməliyyat sistemini təqdim edib (VİDEO)
    huawei-harmonyos-next-mobil-emeliyyat-sistemini-teqdim-edib-video
    Huawei P70-in əsas arxa kamerasının fərqləndirici özəlliyi açıqlanıb
    huawei-p70-in-esas-arxa-kamerasinin-ferqlendirici-ozelliyi-aciqlanib
    Təqdimata hazırlaşan yeni Huawei Kirin prosessorunun bəzi texniki imkanları açıqlanıb
    teqdimata-hazirlasan-yeni-huawei-kirin-prosessorunun-bezi-texniki-imkanlari-aciqlanib
    Huawei P70 Art-ın ilk render fotosu təqdim edilib
    huawei-p70-art-in-ilk-render-fotosu-teqdim-edilib