main-post-cover

    Huawei P70 və P70 Art barəsində yeni məlumatlar verilib

    Cihazlar+
    04.03.2024
    Emil Nəcəfov
         Huawei şirkətinin hələ təqdim etmədiyi P70 P70 Art smartfonları barəsində yeni məlumatlar internetdə ortaya çıxıblar. Hər iki smartfon keyfiyyətli render fotoda əks olunub. Render fotoda sözügedən smartfonların arxa panelləri yerləşiblər. Sol tərəfdə adi P70 modeli, sağ tərəfdə isə P70 Art modeli əks olunub. Məlumata əsasən hər iki smartfon qeyri-standart arxa kamera dizaynını əldə edəcək. Smartfonların arxa panellərində bir ədəd böyük ölçülü kamera obyektivi və iki ədəd kiçik kamera obyektivi yerləşəcək. Fotodan da görmək olar ki, P70 Art modelinin ölçüsü adi P70-in ölçüsündən bir qədər böyük olacaq. İnsayderlərin sözlərinə əsasən adi P70 modeli 50 MP-lik əsas arxa kameranı əldə edəcək və o, saniyədə 120 kadr sürətlə 4K 8K keyfiyyətində videolar çəkə biləcək. Qeyd etmək lazımdır ki, Huawei P70 smartfon seriyasına həmçinin P70 Pro modeli də daxil olacaq. Sözügedən smartfonların yaxın zamanda təqdim olunacaqları gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei P70 smartfonunun hansı əsas arxa kameranı əldə edəcəyi məlum olub
    huawei-p70-smartfonunun-hansi-esas-arxa-kamerani-elde-edeceyi-melum-olub
    Huawei şirkətinin hələ təqdim olunmamış 4G smartfonunun fotosu ortaya çıxıb
    huawei-sirketinin-hele-teqdim-olunmamis-4g-smartfonunun-fotosu-ortaya-cixib
    Huawei P70 Art-ın CAD render fotosu təqdim edilib
    huawei-p70-art-in-cad-render-fotosu-teqdim-edilib
    Huawei yeni naqilsiz şarj stansiyasını təqdim edib
    huawei-yeni-naqilsiz-sarj-stansiyasini-teqdim-edib
    Qatlana bilən qapaqlı Huawei Pocket 2 smartfonu təqdim olunub - QİYMƏTİ
    qatlana-bilen-qapaqli-huawei-pocket-2-smartfonu-teqdim-olunub-qiymeti