Huawei şirkətinin təqdim edilməmiş yeni MatePad planşeti Geekbench testlərindən keçib
Cihazlar+
26.07.2024
Emil Nəcəfov
Huawei şirkətinin BKY-W20 model nömrəsinə sahib hələ təqdim edilməmiş yeni planşeti Geekbench testlərindən keçib. İnsayderlərin sözlərinə əsasən bu, Huawei MatePad planşet seriyasının yeni modelidir. Geekbench-in məlumatlar bazası sayəsində məlum olub ki, Huawei şirkətinin hələ təqdim olunmamış yeni planşeti 8 nüvəli Kirin 9000W prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən planşetin 12 GB RAM-a sahib versiyası keçib. Planşet Geekbench-in bir nüvəli testi çərçivəsində 1230 xal, çox nüvəli testi çərçivəsində isə 3544 xal toplayıb. Gözləntilərə əsasən bu yeni planşet 11.9 düym ölçülü ekranı və nazik gövdəni əldə edəcək. Onun nə zaman təqdim olunacağı bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Huawei təkmilləşdirilmiş şarj tutumu və Kənar Səs Azaldıcısı ilə FreeBuds 6i təqdim edir
Huawei təkmilləşdirilmiş şarj tutumu və Kənar Səs Azaldıcısı ilə FreeBuds 6i təqdim edir
Huawei, müasir və rahat cihazların çeşidini genişləndirərək pərəstişkarlarını yenilikçi məhsullarla sevindirməyə davam edir. Bu şirkətin smart-saatları, noutbukları, planşetləri, simsiz qulaqlıqları və digər məhsulları yüksək keyfiyyəti, qabaqcıl texnologiyası və əlverişli qiyməti sayəsində artıq bütün dünyada istifadəçilərin rəğbətini qazanmışdır.
Yeni Huawei Watch GT5 smart saatı barəsində təfərrüatlar ortaya çıxıb
Yeni Huawei Watch GT5 smart saatı barəsində təfərrüatlar ortaya çıxıb
Huawei şirkəti öz yeni smart saatı üzərində çalışır. Söhbət, Huawei Watch GT5-dən gedir.
Huawei Mate 70 smartfon seriyası bu il bir qədər gec təqdim oluna bilər
Huawei Mate 70 smartfon seriyası bu il bir qədər gec təqdim oluna bilər
ABŞ hökuməti tərəfindən Huawei-yə qarşı təyin edilmiş müxtəlif sanksiyalara baxmayaraq keçən il şirkət 5G dəstəkli Huawei Mate 60 smartfonlarını təqdim etməklə bir çoxlarını təəccübləndirmişdi.
Huawei şirkətinin 3 qat qatlana bilən smartfonunun hansı prosessoru əldə edəcəyi məlum olub
Huawei şirkətinin 3 qat qatlana bilən smartfonunun hansı prosessoru əldə edəcəyi məlum olub
Son günlərdə ortaya çıxmış məlumatlara əsasən Huawei şirkəti 3 qat qatlanma mexanizminə sahib qeyri-adi qatlana bilən smartfonu təqdim etməyə hazırlaşır.
Huawei nova seriyasının ilk qatlana bilən smartfonu təqdimata hazırlaşır
Huawei nova seriyasının ilk qatlana bilən smartfonu təqdimata hazırlaşır
Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən Huawei şirkəti qatlana bilən smartfonlar bazarındakı mövqelərini gücləndirmək niyyətindədir.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!