İdman və Gündəlik Tapşırıqlar Üçün Lazım olan Hər Şey: HUAWEI WATCH FIT 3
Cihazlar+
07.06.2024
Emil Nəcəfov
HUAWEI WATCH FIT 3 keyfiyyətli ekran, müasir funksionallıq və uzunmüddətli şəbəkədənkənar işləmə rejimi axtaran istifadəçilər üçün uğurlu seçimdir. Gəlin, bu smart saatı geniş istifadəçi kütləsi üçün cəlbedici edən xüsusiyyətləri nəzərdən keçirək.
Möhtəşəm ekran
HUAWEI WATCH FIT 3 sizə 1,82 düymlük AMOLED ekran, maksimum 1500 nit parlaqlıq, düym nisbətinə 347 piksel, ultra incə çərçivə və 77% ekran-gövdə nisbəti, 60 Hz yeniləmə tezliyi və avtomatik parlaqlıq tənzimlənməsi təqdim edir.
Ultra incə çərçivə
Yeni HUAWEI WATCH FIT 3 - qalınlığı cəmi 9,9 mm və çəkisi 26 q olan incə smart saatdır. Yüngül metaldan hazırlanmış çərçivə və hamar metal toqqa inanılmaz dərəcədə gözəl görünür.
Ətraflı fitnes idarəetməsi
Kalorilərin miqdarını hərtərəfli izləyə bilərsiniz ki, bu da sağlam qidalanmağı və formada qalmağı hər zamankından asan edir. HUAWEI WATCH FIT 3 sadəcə kalori sayğacı deyil. Lazım olduqda, cihaz sizə qidalanma və fiziki fəaliyyətinizi necə qurmaq barədə tövsiyələr verəcək. Sadəcə məqsədi təyin edin - çəki artırmaq və ya azaltmaq - və məqsədlərinizə çatmaq üçün fərdi məsləhətlər əldə edin. Tamamilə yeni intellektual funksiyalar məşq vərdişləri, kalori sərfiyyatı və hətta hava şəraitinə əsaslanaraq idman növləri və məşqlər seçməyi təklif edir, 100-dən çox məşq rejimini dəstəkləyir.
Sağlamlığın kompleks idarəolunması
Yuxuda olduğunuz zaman nəbz, SpO2, tənəffüs tezliyi və ya hər hansı qeyri-normal tənəffüs prosesini izləyə bilərsiniz. Təkmilləşdirilmiş həyat göstəriciləri izləyicisi çoxkanallı daxili modul və intellektual birləşmə alqoritmi sayəsində qaçış və ya məşq zamanı ürək ritminizi dəqiqliklə izləyir.
Uzun ömürlü batareya
İstifadəçinin rahatlığını düşünən bu yeni nəsil ağıllı saat daha intensiv istifadə zamanı 7 günə qədər müstəqil işləməni təmin edir. 10 dəqiqəlik şarj isə saatın tam bir gün çalışması üçün kifayətdir.
iOS və Android ilə uyğunluq
HUAWEI WATCH FIT 3 həm iOS, həm də Android sistemlərinə uyğunlaşır, bu da istifadənin rahatlığını təmin edir.
Yuxarıda qeyd olunanları yekunlaşdıraraq onu demək olar ki, HUAWEI WATCH FIT 3 geniş istifadəçi kütləsi üçün nəzərdə tutulmuş funksionallıq, dizayn və qiymət arasında mükəmməl tarazlıq təklif edir. Beləliklə, gündəlik həyatda rahatlıq və səmərəliliyi qiymətləndirənlər üçün HUAWEI WATCH FIT 3 ideal seçim olaraq qalır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Huawei, yaşlı insanların sağlamlığına nəzarət edən ağıllı ev qurğusunu təqdim edib!
Huawei, yaşlı insanların sağlamlığına nəzarət edən ağıllı ev qurğusunu təqdim edib!
Huawei, evdə yaşlı insanları izləyən və yıxılma halında xəbərdarlıq göndərən süni intellektlə dəstəkli sağlamlıq sensorunu təqdim edib. Qurğu insanı izləmək üçün millimetr dalğalı radar texnologiyasından istifadə edir.
Huawei Mate 70 smartfon seriyası güclü süni zəka funksiyalarına sahib olacaq
Huawei Mate 70 smartfon seriyası güclü süni zəka funksiyalarına sahib olacaq
Huawei şirkəti bu ilin ikinci yarısında Mate 70 smartfon seriyasını təqdim etməlidir.
Büdcəli Huawei Enjoy 70s smartfonu təqdim edilib - QİYMƏTİ
Büdcəli Huawei Enjoy 70s smartfonu təqdim edilib - QİYMƏTİ
Huawei şirkəti keçən həftə söz verdiyi kimi öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Huawei Enjoy 70s-dən gedir.
Büdcəli Huawei Enjoy 70S smartfonunun təqdimatı anons edilib
Büdcəli Huawei Enjoy 70S smartfonunun təqdimatı anons edilib
Huawei şirkəti öz yeni büdcəli smartfonunun təqdimatını anons edib. Söhbət, Huawei Enjoy 70S-dən gedir.
HUAWEI MateBook D16 nələr bacarır?
HUAWEI MateBook D16 nələr bacarır?
HUAWEI MateBook D16 noutbukunun 2024 il modeli satışa çıxarıldı. Alıcının bu pul müqabilində nə əldə edəcəyi və noutbukun hansı vəzifələr üçün istifadə edilə biləcəyi haqqında bu məqalədə danışacayıq.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!