İkinci nəsil Apple Vision Pro gələn il təqdim oluna və yeni prosessor vasitəsilə çalışa bilər
Cihazlar+
27.09.2024
Emil Nəcəfov
Apple şirkətinin fevral ayının əvvəlində satışa çıxmış Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR) cihazının satışlarının kütləvi olmamasına baxmayaraq məşhur analitik Ming-Chi Kuo bildirib ki, şirkət artıq Vision Pro 2 üzərində çalışır. Analitikin sözlərinə əsasən şirkət ikinci nəsil Vision Pro-nun kütləvi istehsalına 2025-ci ilin ikinci yarısında start verməyi planlaşdırır. Çox güman ki, Vision Pro 2-nin təqdimatı da məhz elə gələn il baş tutacaq. Analitik qeyd edib ki, Vision Pro 2-nin əsas fərqləndirici tərəfi prosessorda olacaq.
Belə ki, hal-hazırda aktual olan Vision Pro-nun M2 prosessoru vasitəsilə çalışdığı halda, Vision Pro 2 öz növbəsində hələ təqdim olunmamış M5 prosessoru vasitəsilə çalışacaq. Bunun sayəsində qarışıq reallıq cihazının performansı artacaq. Üstəlik cihaz Apple şirkətinin süni zəka funksiyalarını özündə birləşdirən Apple Intelligence ekosisteminin dəstəyini də əldə edəcək. Çox güman ki, Vision Pro 2-nin xarici görünüşündə və digər imkanlarında heç bir dəyişiklik olmayacaq. Analitikin fikrincə Apple yeni qarışıq reallıq cihazının qiymətini aşağı salmağı planlaşdırmır. Bu səbəbdən də Vision Pro 2-nin qiyməti birinci Vision Pro-da olduğu kimi 3500$-dan start götürə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple Vision Pro-nun büdcəli versiyası daha aşağı piksel sıxlığına sahib ekranları əldə edə bilər
Apple Vision Pro-nun büdcəli versiyası daha aşağı piksel sıxlığına sahib ekranları əldə edə bilər
Apple şirkətinin bu ilin fevral ayının əvvəlində Vision Pro adlı qarışıq reallıq (AR + VR) cihazı satışa çıxandan sonra şirkətin, onun daha büdcəli versiyası üzərində çalışması ilə bağlı məlumatlar ortaya çıxmağa başladı.
Apple 10-dan çox Mac kompüterini köhnəlmiş və vintaj cihazlar siyahısına daxil edib
Apple 10-dan çox Mac kompüterini köhnəlmiş və vintaj cihazlar siyahısına daxil edib
Son məlumat sızıntılarına əsasən Apple şirkəti yaxın zamanda M4 prosessoru vasitəsilə çalışacaq yeni Mac kompüterlərini təqdim etməlidir. Bunun artıq gələn ay baş tutacağı gözlənilir.
İlk qatlana bilən iPhone ekranın alt hissəsinə yerləşdirilən kamera texnologiyasını əldə edə bilər
İlk qatlana bilən iPhone ekranın alt hissəsinə yerləşdirilən kamera texnologiyasını əldə edə bilər
Apple şirkətinin potensial qatlana bilən ilk smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edir.
Apple Intelligence üçün iPhone-da minimum hansı həcmdə daxili yaddaş istifadə ediləcək?
Apple Intelligence üçün iPhone-da minimum hansı həcmdə daxili yaddaş istifadə ediləcək?
Apple şirkətinin bir müddət əvvəl istifadəyə vermiş olduğu iOS 18 özündə süni zəka funksiyalarından təşkil edilmiş Apple Intelligence ekosistemini birləşdirmir. Bu ekosistem yalnız iOS 18.1 çərçivəsində istifadəyə veriləcək.
iPhone 16-dakı Camera Control düyməsinin əvəzlənməsi üçün smartfonun bütün gövdəsini əvəzləmək lazım gələcək
iPhone 16-dakı Camera Control düyməsinin əvəzlənməsi üçün smartfonun bütün gövdəsini əvəzləmək lazım gələcək
Apple şirkəti iPhone 16 smartfonlarını təqdim edərkən bu smartfonların tərkiblərində Camera Control adlı yeni fiziki düyməni də təqdim etdi.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ